https://sputnik.az/20230201/rusiya-qerbin-sanksiyalarina-gore-oz-aviasiyasinin-mehvine-imkan-vermeyecek---kv-451284343.html
Rusiya Qərbin sanksiyalarına görə öz aviasiyasının məhvinə imkan verməyəcək - KİV
Rusiya Qərbin sanksiyalarına görə öz aviasiyasının məhvinə imkan verməyəcək - KİV
Sputnik Azərbaycan
Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri bildirib ki, sanksiya tətbiq edən ölkələrdən olan tərəfdaşlar ilə qeyri-rəsmi əlaqələr davam edir. 01.02.2023, Sputnik Azərbaycan
2023-02-01T12:24+0400
2023-02-01T12:24+0400
2023-02-01T12:35+0400
rusiya
rusiya
kiv
qərb
sanksiya
https://cdnn1.img.sputnik.az/img/07e5/03/13/426513411_0:161:3069:1887_1920x0_80_0_0_c37fd33b55c90241476ee391bb00a9d5.jpg
BAKI, 1 fevral — Sputnik. Rusiya Qərbin sanksiyalarına görə mülki aviasiyasının məhvinə icazə verməyəcək. Bunuu Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Aleksandr Neradko RBK-ya müsahibəsində bildirib. O 2022-ci ilin martında Avropa Komissiyasının Mobillik və Nəqliyyat üzrə Baş Direktorluğunun rəhbəri Henrik Hololeinin açıqlamasını xatırladıb. Hololei bildirmişdi ki, Rusiyaya təyyarə və komponentlərin tədarükünə qadağa qoyan və Rusiya aviaşirkətləri üçün Avropa bazarını bağlayan Qərb sanksiyalarının məqsədi Rusiya mülki aviasiyasını məhv etməkdir. "Bəli, yüksək rütbəli bir avropalı məmurun belə bir səmimi bəyanatı var idi. Görünür, o, uzun müddət bunu düşünüb. Bu alınmadı. Bir sadə səbəbdən, ölkəmizdə aviasiyaya cavabdeh olan hər kəs sanksiyalara qoşulanların hərəkətlərinə cavab olaraq vaxtında və düzgün qərarlar qəbul etdilər. Sanksiyalar çoxdur, onlar həqiqətən Rusiyada aviasiyanı məhv etməyə yönəlib. Lakin biz buna imkan verə bilmərik və imkan verməyəcəyik", - deyə Neradko bildirib. O qeyd edib ki, aviasiya qlobal iqtisadi əlaqələr sistemidir. Ona görə də yerli mülki aviasiyaya qarşı sanksiyalar tətbiq edən bir sıra dövlətlərin qərarı ilə beynəlxalq əməkdaşlığı dayandırmaq mümkün deyil. "Dost dövlətlərin aviasiya idarələri, mülki aviasiya sahəsində çalışan beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyət davam edir. Sanksiya tətbiq edən ölkələrdən olan tərəfdaşlarımızla qeyri-rəsmi əlaqələr davam edir. Amma əvvəlki kimi açıq deyil", - Federal Hava Nəqliyyatı Agnetliyinin rəhbəri bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/13/426513411_169:0:2900:2048_1920x0_80_0_0_8e14ddb097eea6d56b9c9d7120aabdc1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, kiv, qərb, sanksiya
rusiya, kiv, qərb, sanksiya
Rusiya Qərbin sanksiyalarına görə öz aviasiyasının məhvinə imkan verməyəcək - KİV
12:24 01.02.2023 (Yenilənib: 12:35 01.02.2023) Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri bildirib ki, sanksiya tətbiq edən ölkələrdən olan tərəfdaşlar ilə qeyri-rəsmi əlaqələr davam edir.
BAKI, 1 fevral — Sputnik. Rusiya Qərbin sanksiyalarına görə mülki aviasiyasının məhvinə icazə verməyəcək. Bunuu Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Aleksandr Neradko RBK-ya müsahibəsində bildirib.
O 2022-ci ilin martında Avropa Komissiyasının Mobillik və Nəqliyyat üzrə Baş Direktorluğunun rəhbəri Henrik Hololeinin açıqlamasını xatırladıb. Hololei bildirmişdi ki, Rusiyaya təyyarə və komponentlərin tədarükünə qadağa qoyan və Rusiya aviaşirkətləri üçün Avropa bazarını bağlayan Qərb sanksiyalarının məqsədi Rusiya mülki aviasiyasını məhv etməkdir.
"Bəli, yüksək rütbəli bir avropalı məmurun belə bir səmimi bəyanatı var idi. Görünür, o, uzun müddət bunu düşünüb. Bu alınmadı. Bir sadə səbəbdən, ölkəmizdə aviasiyaya cavabdeh olan hər kəs sanksiyalara qoşulanların hərəkətlərinə cavab olaraq vaxtında və düzgün qərarlar qəbul etdilər. Sanksiyalar çoxdur, onlar həqiqətən Rusiyada aviasiyanı məhv etməyə yönəlib. Lakin biz buna imkan verə bilmərik və imkan verməyəcəyik", - deyə Neradko bildirib.
O qeyd edib ki, aviasiya qlobal iqtisadi əlaqələr sistemidir. Ona görə də yerli mülki aviasiyaya qarşı sanksiyalar tətbiq edən bir sıra dövlətlərin qərarı ilə beynəlxalq əməkdaşlığı dayandırmaq mümkün deyil.
"Dost dövlətlərin aviasiya idarələri, mülki aviasiya sahəsində çalışan beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyət davam edir. Sanksiya tətbiq edən ölkələrdən olan tərəfdaşlarımızla qeyri-rəsmi əlaqələr davam edir. Amma əvvəlki kimi açıq deyil", - Federal Hava Nəqliyyatı Agnetliyinin rəhbəri bildirib.