Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ukrayna qoşunları İranın ballistik raketlərinə tab gətirə bilməyəcək

© Photo : Ministry of Defence of the Russian Federation"Bastion" sahil raket kompleksindən zərbə endirilməsi
Bastion sahil raket kompleksindən zərbə endirilməsi - Sputnik Azərbaycan, 1920, 31.01.2023
Abunə olmaq
Yuri İqnatın sözlərinə görə, Rusiya hələ də İrandan PUA-ları, "Fateh" və "Zülfüqar" ballistik raketlərini almağa hazırdır. Ukrayna ordusunun isə onlara qarşı qoyacağı lazımi vəsaiti yoxdur.
BAKI, 31 yanvar — Sputnik. Ukrayna ordusunun İranın ballistik raketlərinə tab gətirə biləcək vəsaitləri yoxdur. Bunu Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının nümayəndəsi Yuri İqnat "Rada" telekanalının efirində deyib.
"Rusiya hələ də İrandan PUA-ları, "Fateh" və "Zülfüqar" raketlərini almağa hazırdır. Bunlar ballistik raketlərdir. Bizim onları məğlub etmək üçün vəsaitimiz yoxdur", - deyə komandanlığın nümayəndəsi bildirib.
İqnat bildirib ki, "balistik təhdidlər üzərində qələbə" üçün Ukrayna qoşunlarına ABŞ-ın ən son nəsil "Patriot" PAC-3 və ya Fransa istehsalı olan SAMP/T kimi hava hücumundan müdafiə sistemləri lazımdır.
Xatırladaq ki, bu yaxınlarda Avropa İttifaqı İranın Rusiyaya ballistik raketlər tədarük etdiyinə dair heç bir sübutların olmadığını bildirib. 2022-ci ilin sonunda İran Xarici İşlər Nazirliyi Rusiyaya dronları tədarük etdiyini etiraf edib, lakin bu tədarük Ukraynada xüsusi əməliyyat başlamazdan əvvəl olub. İranın XİN rəhbəri Hüseyn Əmir Abdullahian qeyd edib ki, söhbət az saydan gedir.
Xəbər lenti
0