https://sputnik.az/20230131/lavrov-ranin-turkiye-ile-suriya-arasinda-temaslara-qosulmasi-ucun-razilasma-var-451270619.html
Lavrov: İranın Türkiyə ilə Suriya arasında təmaslara qoşulması üçün razılaşma var
Lavrov: İranın Türkiyə ilə Suriya arasında təmaslara qoşulması üçün razılaşma var
Sputnik Azərbaycan
Rusiyanın xarici işlər naziri bildirib ki, Türkiyə ilə Suriya arasında təmasların Rusiya və İran tərəfindən müşayiət olunmasını tamamilə məntiqli hesab edir. 31.01.2023, Sputnik Azərbaycan
2023-01-31T19:52+0400
2023-01-31T19:52+0400
2023-01-31T19:52+0400
sergey lavrov
rusiya
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
iran
suriya
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0d/441890640_0:0:3129:1761_1920x0_80_0_0_35e038b9826a39a39d5d003a97c9f5dc.jpg
BAKI, 31 yanvar — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə-Suriya münasibətlərinin normallaşması prosesində Rusiya və İranın iştirakını məntiqli hesab edir. "Biz Türkiyə prezidentinin Suriya prezidenti ilə münasibətlərin normallaşdırılmasında və ümumiyyətlə, iki ölkə arasında münasibətlərin normallaşmasını dəstəkləyirik. Təbii ki, İranın da bu işə cəlb olunması ilə bağlı prinsipial razılıq var", - Lavrov deyib. O xatırladıb ki, Rusiya, İran və Türkiyə "Astana üçlüyü"nə daxildir. "Türkiyə ilə Suriya arasında təmasların Rusiya və İran tərəfindən müşayiət olunmasını tamamilə məntiqli hesab edirəm. Konkret görüşlərə gəlincə, tarixlər üzərində iş gedir", - Rusiya XİN rəhbəri vurğulayıb. Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvanın da iştirak etdiyi Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılmasına dair danışıqlarda Tehranın iştirakını açıqlayıb. Ötən il dekabrın sonunda Rusiya Müdafiə Nazirliyi Rusiyanın paytaxtında Rusiya, Suriya və Türkiyənin müdafiə nazirləri arasında Suriya böhranının həlli yolları, Suriyada ekstremist qruplarla mübarizə üçün birgə səylər, qaçqınlar probleminin müzakirə edildiyi danışıqlar barədə məlumat yayıb. Görüşün nəticəsi olaraq, tərəflər bu formatda keçirilən dialoqun konstruktiv xarakterini və Suriyada və regionda vəziyyətin daha da sabitləşdirilməsi maraqları naminə davam etdirilməsinin zəruriliyini qeyd ediblər. Hazırkı mərhələdə xarici işlər nazirlərinin, daha sonra isə Türkiyə və Suriya liderlərinin görüşünün təşkilinin mümkünlüyü müzakirə edilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0d/441890640_139:0:2870:2048_1920x0_80_0_0_28dfb6e4b987f480420a04fd54481c14.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sergey lavrov, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, iran, suriya
sergey lavrov, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, iran, suriya
Lavrov: İranın Türkiyə ilə Suriya arasında təmaslara qoşulması üçün razılaşma var
Rusiyanın xarici işlər naziri bildirib ki, Türkiyə ilə Suriya arasında təmasların Rusiya və İran tərəfindən müşayiət olunmasını tamamilə məntiqli hesab edir.
BAKI, 31 yanvar — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə-Suriya münasibətlərinin normallaşması prosesində Rusiya və İranın iştirakını məntiqli hesab edir.
"Biz Türkiyə prezidentinin Suriya prezidenti ilə münasibətlərin normallaşdırılmasında və ümumiyyətlə, iki ölkə arasında münasibətlərin normallaşmasını dəstəkləyirik. Təbii ki, İranın da bu işə cəlb olunması ilə bağlı prinsipial razılıq var", - Lavrov deyib. O xatırladıb ki, Rusiya, İran və Türkiyə "Astana üçlüyü"nə daxildir.
"Türkiyə ilə Suriya arasında təmasların Rusiya və İran tərəfindən müşayiət olunmasını tamamilə məntiqli hesab edirəm. Konkret görüşlərə gəlincə, tarixlər üzərində iş gedir", - Rusiya XİN rəhbəri vurğulayıb.
Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvanın da iştirak etdiyi Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılmasına dair danışıqlarda Tehranın iştirakını açıqlayıb.
Ötən il dekabrın sonunda Rusiya Müdafiə Nazirliyi Rusiyanın paytaxtında Rusiya, Suriya və Türkiyənin müdafiə nazirləri arasında Suriya böhranının həlli yolları, Suriyada ekstremist qruplarla mübarizə üçün birgə səylər, qaçqınlar probleminin müzakirə edildiyi danışıqlar barədə məlumat yayıb. Görüşün nəticəsi olaraq, tərəflər bu formatda keçirilən dialoqun konstruktiv xarakterini və Suriyada və regionda vəziyyətin daha da sabitləşdirilməsi maraqları naminə davam etdirilməsinin zəruriliyini qeyd ediblər.
Hazırkı mərhələdə xarici işlər nazirlərinin, daha sonra isə Türkiyə və Suriya liderlərinin görüşünün təşkilinin mümkünlüyü müzakirə edilir.