https://sputnik.az/20230130/xezeryani-olkelerin-her-birinde-novbe-ile-konfransin-kecirilmesine-umid-edirik---volodin-451193564.html
Xəzəryanı ölkələrin hər birində növbə ilə konfransın keçirilməsinə ümid edirik - Volodin
Xəzəryanı ölkələrin hər birində növbə ilə konfransın keçirilməsinə ümid edirik - Volodin
Sputnik Azərbaycan
Rusiya Dövlət Dumasının sədri bildirib ki, çoxəsrlik sülhsevərlik, xeyirxahlıq, başqalarının maraqlarına hörmət ənənələri daimi neytrallıq statusuna malik olan... 30.01.2023, Sputnik Azərbaycan
2023-01-30T13:32+0400
2023-01-30T13:32+0400
2023-01-30T13:32+0400
rusiya
xəzəryanı
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1a/446719367_0:0:3073:1728_1920x0_80_0_0_5cf04ef90377c5e86bc97d3a37d6b7e1.jpg
BAKI, 30 yanvar — Sputnik. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Xəzəryanı ölkələrin hər birində növbə ilə konfransın keçirilməsinə ümid etdiyini bildirib. "Xəzər dənizinin yüksək geosiyasi və iqtisadi əhəmiyyətini nəzərə alaraq, "Xəzər beşliyi" (Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran) çərçivəsində əməkdaşlıq bu gün xüsusi rol oynayır. Beş dövlətin başçılarının əldə etdiyi razılaşmaların praktiki həyata keçirilməsinə “Xəzər beşliyi”nin parlament assambleyasının formalaşmasına kömək edəcək. Xəzəryanı ölkələrin parlament sədrlərinin iştirakı ilə konfransın hər bir dövlətdə növbə ilə keçiriləcəyini gözləyirik", - deyə Duma sədri bildirib. Biz Türkmənistanda 2024-cü ildə assambleyanın iclasının keçirilməsini müzakirə edirik", - deyə o, Türkmənistan parlamentində çıxışı zamanı bildirib. O, həmçinin qeyd edib ki, parlament səviyyəsində dövlətlər arasında ticarət-iqtisadi əlaqələrin möhkəmlənməsinə kömək etmək vacibdir. "Rusiya Türkmənistanın beş əsas ticarət tərəfdaşından biridir (Çin, Türkiyə, Birləşmiş Ərəb Əmirliklərindən sonra). Ölkələrimizin prezidentləri və hökumətləri arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi qarşılıqlı ticarətin həcmini artıracaq. İlk növbədə, neft-qaz sənayesi ikitərəfli əməkdaşlığın əsas sahəsidir.Yeni yataqların işlənməsi də daxil olmaqla, enerji sektorunda əməkdaşlığı dərinləşdirmək lazımdır", - Dövlət Dumasının spikeri bildirib. O, həmçinin qeyd edib ki, çoxəsrlik sülhsevərlik, xeyirxahlıq, başqalarının maraqlarına hörmət ənənələri daimi neytrallıq statusuna malik olan Türkmənistanın xarici siyasətində öz əksini tapıb. "Rusiya və Türkmənistan beynəlxalq gündəliyin bir çox məsələlərində oxşar mövqedən çıxış edirlər. Biz Türkmənistana Rusiyanın BMT-də nasizmin tərənnümünə və İkinci Dünya Müharibəsi tarixinin saxtalaşdırılmasına qarşı yönəlmiş təşəbbüslərinin dəstəyinə görə minnətdarıq. Biz həmçinin MDB çərçivəsində və digər çoxtərəfli platformalarda da səmərəli əməkdaşlıq edirik", - Volodin bildirib. Volodinin başçılıq etdiyi Dövlət Dumasının nümayəndə heyətinin Türkmənistana rəsmi səfəri yanvarın 29-30-da baş tutub. Rusiya Federasiyası Dövlət Dumasının sədri iki ölkə arasında münasibətlər tarixində ilk dəfə Türkmənistan parlamentində çıxış edib.
xəzəryanı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1a/446719367_113:0:2844:2048_1920x0_80_0_0_9a42b5cfe62d1945d61ec52e7ff71640.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəzəryanı
Xəzəryanı ölkələrin hər birində növbə ilə konfransın keçirilməsinə ümid edirik - Volodin
Rusiya Dövlət Dumasının sədri bildirib ki, çoxəsrlik sülhsevərlik, xeyirxahlıq, başqalarının maraqlarına hörmət ənənələri daimi neytrallıq statusuna malik olan Türkmənistanın xarici siyasətində öz əksini tapıb.
BAKI, 30 yanvar — Sputnik. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Xəzəryanı ölkələrin hər birində növbə ilə konfransın keçirilməsinə ümid etdiyini bildirib.
"Xəzər dənizinin yüksək geosiyasi və iqtisadi əhəmiyyətini nəzərə alaraq, "Xəzər beşliyi" (Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran) çərçivəsində əməkdaşlıq bu gün xüsusi rol oynayır. Beş dövlətin başçılarının əldə etdiyi razılaşmaların praktiki həyata keçirilməsinə “Xəzər beşliyi”nin parlament assambleyasının formalaşmasına kömək edəcək. Xəzəryanı ölkələrin parlament sədrlərinin iştirakı ilə konfransın hər bir dövlətdə növbə ilə keçiriləcəyini gözləyirik", - deyə Duma sədri bildirib.
Biz Türkmənistanda 2024-cü ildə assambleyanın iclasının keçirilməsini müzakirə edirik", - deyə o, Türkmənistan parlamentində çıxışı zamanı bildirib.
O, həmçinin qeyd edib ki, parlament səviyyəsində dövlətlər arasında ticarət-iqtisadi əlaqələrin möhkəmlənməsinə kömək etmək vacibdir.
"Rusiya Türkmənistanın beş əsas ticarət tərəfdaşından biridir (Çin, Türkiyə, Birləşmiş Ərəb Əmirliklərindən sonra). Ölkələrimizin prezidentləri və hökumətləri arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi qarşılıqlı ticarətin həcmini artıracaq. İlk növbədə, neft-qaz sənayesi ikitərəfli əməkdaşlığın əsas sahəsidir.Yeni yataqların işlənməsi də daxil olmaqla, enerji sektorunda əməkdaşlığı dərinləşdirmək lazımdır", - Dövlət Dumasının spikeri bildirib.
O, həmçinin qeyd edib ki, çoxəsrlik sülhsevərlik, xeyirxahlıq, başqalarının maraqlarına hörmət ənənələri daimi neytrallıq statusuna malik olan Türkmənistanın xarici siyasətində öz əksini tapıb.
"Rusiya və Türkmənistan beynəlxalq gündəliyin bir çox məsələlərində oxşar mövqedən çıxış edirlər. Biz Türkmənistana Rusiyanın BMT-də nasizmin tərənnümünə və İkinci Dünya Müharibəsi tarixinin saxtalaşdırılmasına qarşı yönəlmiş təşəbbüslərinin dəstəyinə görə minnətdarıq. Biz həmçinin MDB çərçivəsində və digər çoxtərəfli platformalarda da səmərəli əməkdaşlıq edirik", - Volodin bildirib.
Volodinin başçılıq etdiyi Dövlət Dumasının nümayəndə heyətinin Türkmənistana rəsmi səfəri yanvarın 29-30-da baş tutub. Rusiya Federasiyası Dövlət Dumasının sədri iki ölkə arasında münasibətlər tarixində ilk dəfə Türkmənistan parlamentində çıxış edib.