https://sputnik.az/20230130/rusiya-xn-latviyanin-kasemle-bagi-cavabi-barede-451207091.html
Rusiya XİN Latviyanın Kasemlə bağı cavabı barədə
Rusiya XİN Latviyanın Kasemlə bağı cavabı barədə
Sputnik Azərbaycan
Kasemin təqibi və Baltikyanı ölkələrdə jurnalistlərə qarşı digər dəhşətli repressiya halları Rusiya Xarici İşlər Nazirliyinin ciddi diqqət mərkəzindədir. 30.01.2023, Sputnik Azərbaycan
2023-01-30T15:46+0400
2023-01-30T15:46+0400
2023-01-30T16:30+0400
rusiya
sputnik
baş redaktor
litva
https://cdnn1.img.sputnik.az/img/07e7/01/06/450400493_0:96:1823:1121_1920x0_80_0_0_22239f26297ac36848bea2920c0fe4b4.jpg
BAKI, 30 yanvar — Sputnik. Rusiya Xarici İşlər Nazirliyi "Sputnik Litva"nın baş redaktoru Marat Kasemin Latviyada saxlanmasına münasibət bildirərək bəyan edib ki, onlar Baltikyanı ölkələr kimi olmaq və müxalifəti mühakimə etmək üçün cəza tədbirlərindən istifadə etmək fikrində deyillər. Nazirlik, eyni zamanda, cavab olaraq diplomatik və iqtisadi xarakterli addımlar atmağa davam edəcəklərini bildirib. Departamentin Rusiya diplomatiyasının 2022-ci ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında qəbul edilmiş və XİN-in saytında yerləşdirilən KİV-in suallarına cavablarında deyilir ki, "bu il yanvarın 3-də Riqada Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan "Sputnik-Litva" portalının baş redaktoru Marat Kasem qondarma ittihamlarla həbsdə qalmaqda davam edir. O, xüsusilə, "Aİ sanksiyalarının pozulması" ilə ittiham olunur. "Vəkilin müvəkkilinin girov müqabilində azadlığa buraxılması ilə bağlı vəsatətinə Latviya femidası məhəl qoymayıb", - deyə Rusiya Xarici İşlər Nazirliyi əlavə edib. Rusiyanın Riqadakı səfirliyi jurnalistlə daimi əlaqə saxlayır. "Latviya hakimiyyətinin qanunsuz hərəkətləri və insan hüquqlarının pozulması ilə bağlı digər faktlar, o cümlədən Kasemin təqsirləndirilən əməllərinə qarşı seçilmiş qeyri-proporsional həbs-qətimkan tədbiri beynəlxalq məhkəmələrə, habelə BMT-nin insan hüquqları orqanları vasitəsilə müvafiq şikayətlərin verilməsi üçün hüquqi əsas yaradır. Kasemin təqibi və Baltikyanı ölkələrdə jurnalistlərə qarşı digər dəhşətli repressiya halları Rusiya Xarici İşlər Nazirliyinin ciddi diqqət mərkəzindədir". – deyə orda xüsusi qeyd olunub. O da bildirilib ki, Rusiya Baltikyanı ölkələrə bənzəmək və müxalifəti təqib etmək üçün cəza tədbirlərindən istifadə etmək niyyətində deyil. Qurum "cavab tədbirləri olaraq, Riqa üçün kifayət qədər həssas nəticələrə səbəb olduğunu gördüyümüz diplomatik və iqtisadi xarakterli addımlar atmağa davam edəcəyik" - qənaətinə gəlib. Marat Kasem Latviya vətəndaşıdır. O, bir neçə ildir ki, Moskvada yaşayır və "Sputnik Litva"nın da daxil olduğu "Россия сегодня" media qrupunda işləyir. Dekabrın 30-da jurnalist ailəvi səbəbdən Latviyaya gəlib. "Sputnik Litva"nın məlumatına görə, o, saxlanılıb və yanvarın 5-də Riqa məhkəməsi onu həbs edib. Jurnalist Riqanın mərkəzi həbsxanasına köçürülüb. "Россия сегодня" media qrupunun baş direktoru Dmitri Kiselyov Kasemin saxlanması ilə bağlı danışarkən qeyd edib ki, media qrupu beynəlxalq ictimaiyyəti cavab verməyə və Kasemi azad etmək üçün mümkün olan hər şeyi etməyə çağıracaq. Kiselyov həbsin özünü qeyri-qanuni adlandırıb və onun sözlərinə görə, həbs bir şəxsin peşəkar jurnalist fəaliyyəti ilə məşğul olduğuna, rəyinə, mövqeyinə, verdiyi məlumatlara görə həbs oluna biləcəyi"Avropa qanunsuzluğu şəraitində baş verib".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/06/450400493_101:0:1722:1216_1920x0_80_0_0_7778dd5de58b562db15f984fd57f87f2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
sputnik, baş redaktor, litva
sputnik, baş redaktor, litva
Rusiya XİN Latviyanın Kasemlə bağı cavabı barədə
15:46 30.01.2023 (Yenilənib: 16:30 30.01.2023) Kasemin təqibi və Baltikyanı ölkələrdə jurnalistlərə qarşı digər dəhşətli repressiya halları Rusiya Xarici İşlər Nazirliyinin ciddi diqqət mərkəzindədir.
BAKI, 30 yanvar — Sputnik. Rusiya Xarici İşlər Nazirliyi "Sputnik Litva"nın baş redaktoru Marat Kasemin Latviyada saxlanmasına münasibət bildirərək bəyan edib ki, onlar Baltikyanı ölkələr kimi olmaq və müxalifəti mühakimə etmək üçün cəza tədbirlərindən istifadə etmək fikrində deyillər. Nazirlik, eyni zamanda, cavab olaraq diplomatik və iqtisadi xarakterli addımlar atmağa davam edəcəklərini bildirib.
Departamentin Rusiya diplomatiyasının 2022-ci ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında qəbul edilmiş və XİN-in saytında yerləşdirilən KİV-in suallarına cavablarında deyilir ki, "bu il yanvarın 3-də Riqada Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan "Sputnik-Litva" portalının baş redaktoru Marat Kasem qondarma ittihamlarla həbsdə qalmaqda davam edir. O, xüsusilə, "Aİ sanksiyalarının pozulması" ilə ittiham olunur.
"Vəkilin müvəkkilinin girov müqabilində azadlığa buraxılması ilə bağlı vəsatətinə Latviya femidası məhəl qoymayıb", - deyə Rusiya Xarici İşlər Nazirliyi əlavə edib.
Rusiyanın Riqadakı səfirliyi jurnalistlə daimi əlaqə saxlayır.
"Biz narahatıq ki, özünün həbsi və Latviyaya baş çəkməyə gəldiyi nənəsinin ölüm xəbəri fonunda Kasemin səhhətindəki problemlər kəskinləşib. Qeyd edək ki, həbsxana rəhbərliyi tərəfindən lazımi dərmanların vaxtında alınması təmin edilmir" - deyə Rusiya Xarici İşlər Nazirliyi onu da əlavə edib ki, hüquqşünasların fikrincə, "bu cür qeyri - insani münasibət məhbusa qəsdən fiziki əzab vermək kimi yozula bilər".
"Latviya hakimiyyətinin qanunsuz hərəkətləri və insan hüquqlarının pozulması ilə bağlı digər faktlar, o cümlədən Kasemin təqsirləndirilən əməllərinə qarşı seçilmiş qeyri-proporsional həbs-qətimkan tədbiri beynəlxalq məhkəmələrə, habelə BMT-nin insan hüquqları orqanları vasitəsilə müvafiq şikayətlərin verilməsi üçün hüquqi əsas yaradır. Kasemin təqibi və Baltikyanı ölkələrdə jurnalistlərə qarşı digər dəhşətli repressiya halları Rusiya Xarici İşlər Nazirliyinin ciddi diqqət mərkəzindədir". – deyə orda xüsusi qeyd olunub.
O da bildirilib ki, Rusiya Baltikyanı ölkələrə bənzəmək və müxalifəti təqib etmək üçün cəza tədbirlərindən istifadə etmək niyyətində deyil.
Qurum "cavab tədbirləri olaraq, Riqa üçün kifayət qədər həssas nəticələrə səbəb olduğunu gördüyümüz diplomatik və iqtisadi xarakterli addımlar atmağa davam edəcəyik" - qənaətinə gəlib.
Marat Kasem Latviya vətəndaşıdır. O, bir neçə ildir ki, Moskvada yaşayır və "Sputnik Litva"nın da daxil olduğu "Россия сегодня" media qrupunda işləyir. Dekabrın 30-da jurnalist ailəvi səbəbdən Latviyaya gəlib. "Sputnik Litva"nın məlumatına görə, o, saxlanılıb və yanvarın 5-də Riqa məhkəməsi onu həbs edib. Jurnalist Riqanın mərkəzi həbsxanasına köçürülüb.
"Россия сегодня" media qrupunun baş direktoru Dmitri Kiselyov Kasemin saxlanması ilə bağlı danışarkən qeyd edib ki, media qrupu beynəlxalq ictimaiyyəti cavab verməyə və Kasemi azad etmək üçün mümkün olan hər şeyi etməyə çağıracaq. Kiselyov həbsin özünü qeyri-qanuni adlandırıb və onun sözlərinə görə, həbs bir şəxsin peşəkar jurnalist fəaliyyəti ilə məşğul olduğuna, rəyinə, mövqeyinə, verdiyi məlumatlara görə həbs oluna biləcəyi"Avropa qanunsuzluğu şəraitində baş verib".