Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya bu ölkələrlə diplomatik münasibətlərin kəsilməsinin tərəfdarı deyil - Lavrov

© Sputnik / Светлана Шевченко / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov  - Sputnik Azərbaycan, 1920, 30.01.2023
Abunə olmaq
Rusiya XİN rəhbəri vurğulayıb ki, anti-Rusiya qəzəbinə girərək, bu ölkələrin Rusiya Federasiyası ilə əlaqələri tamamilə kəsmək qərarına gələcəyini istisna etmək olmaz.
BAKI, 30 yanvar — Sputnik. Moskva Polşa və Baltikyanı ölkələrlə diplomatik münasibətlərin kəsilməsinin tərəfdarı deyil, lakin istisna etmək olmaz ki, anti-Rusiya qəzəbinə qoşularaq, bu ölkələr Rusiya Federasiyası ilə əlaqələri tamamilə kəsmək qərarına gələcək. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Polşa və Baltikyanı ölkələr uzun müddətdir ki, çılğın rusofobik kampaniyanın aparıldığı və Qərbin hər hansı anti-Rusiya təşəbbüslərinin tərəfdaşı olmağa çalışan dövlətlərdir. Son zamanlar bu ölkələrlə ikitərəfli münasibətlər fəlakətli şəkildə pisləşib, bütün sahələrdə dondurulub və praktiki olaraq sıfıra endirilib", - Lavrov jurnalistlərin 2022-ci ildə Rusiya diplomatiyasının fəaliyyətinin nəticələri ilə bağlı sualını cavablandırarkən deyib.

"Lakin biz diplomatik münasibətlərin pozulmasının tərəfdarı deyilik. Ən çətin vəziyyətdə belə dialoq kanallarını saxlamaq, həmvətənlərimizin problemlərini həll etmək lazımdır", - nazir əlavə edib.
Eyni zamanda, Lavrov vurğulayıb ki, anti-Rusiya qəzəbinə girərək, bu ölkələrin Rusiya Federasiyası ilə əlaqələri tamamilə kəsmək qərarına gələcəyini istisna etmək olmaz.
"Əgər bu baş verərsə, o zaman bu addıma və onun nəticələrinə görə məsuliyyət tamamilə bu dövlətlərin rəhbərliyinin üzərinə düşəcək. Biz öz milli maraqlarımızı qətiyyətlə müdafiə etmək niyyətindəyik və opponentlər başa düşməlidirlər ki, onların hərəkətləri uzunmüddətli nəticələrə gətirib çıxaracaq", - nazir əlavə edib.
Xəbər lenti
0