https://sputnik.az/20230130/peskov-consonun-iddialarini-tekzib-etdi-451198672.html
Peskov Consonun iddialarını təkzib etdi
Peskov Consonun iddialarını təkzib etdi
Sputnik Azərbaycan
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, əslində Conson prezident Putinin onunla nə danışdığını başa düşməyib. 30.01.2023, Sputnik Azərbaycan
2023-01-30T15:13+0400
2023-01-30T15:13+0400
2023-01-30T15:13+0400
dmitri peskov
rusiya
boris conson
raket hücumu
putin
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449444210_0:160:3072:1888_1920x0_80_0_0_42035514bf449b4e904805df0de469a2.jpg
BAKI, 30 yanvar — Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Böyük Britaniyanın keçmiş Baş naziri Boris Consonun Rusiya lideri Vladimir Putinin raket zərbəsi hədəsi ilə bağlı iddialarını təkzib edib. Bundan əvvəl Conson Putinlə Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatının başlamasına az qalmış söhbətinin təfərrüatlarını açıqlayıb.O, Putinə hərbi əməliyyatların baş verəcəyi təqdirdə sanksiyaların tətbiqi ilə bağlı xəbərdarlıq etdiyini, həmçinin Fransa və Almaniyanın yaxın gələcəkdə Ukraynanın NATO-ya üzv olmasına imkan verməyəcəyinə əmin olduğunu bildirib. Keçmiş baş nazir onu da deyib ki, söhbətdə Putin guya onu raket hücumu ilə hədələyib. O, həmçinin qeyd edib ki, o, Putinlə Conson arasında söhbətin nədən getdiyini bilir. "Mən bu söhbət zamanı nələrin müzakirə olunduğunu bilirəm və bir daha rəsmi şəkildə təkrar edirəm: bu yalandır. Raket zərbələri təhlükəsi olmayıb. Rusiya Federasiyasının təhlükəsizliyi üçün çağırışlardan danışan prezident Putin qeyd edib ki, Ukrayna NATO-ya daxil olarsa, ABŞ raketlərinin bizim sərhədlərimizdə potensial yerləşdirilməsi onların bir neçə dəqiqə ərzində Moskvaya çatacağı anlamına gələcək", - deyə Peskov qeyd edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449444210_171:0:2902:2048_1920x0_80_0_0_20d41b1ebd15ecabedbd09c2a10a7d99.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
dmitri peskov, boris conson, raket hücumu, putin
dmitri peskov, boris conson, raket hücumu, putin
Peskov Consonun iddialarını təkzib etdi
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, əslində Conson prezident Putinin onunla nə danışdığını başa düşməyib.
BAKI, 30 yanvar — Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Böyük Britaniyanın keçmiş Baş naziri Boris Consonun Rusiya lideri Vladimir Putinin raket zərbəsi hədəsi ilə bağlı iddialarını təkzib edib.
Bundan əvvəl Conson Putinlə Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatının başlamasına az qalmış söhbətinin təfərrüatlarını açıqlayıb.
O, Putinə hərbi əməliyyatların baş verəcəyi təqdirdə sanksiyaların tətbiqi ilə bağlı xəbərdarlıq etdiyini, həmçinin Fransa və Almaniyanın yaxın gələcəkdə Ukraynanın NATO-ya üzv olmasına imkan verməyəcəyinə əmin olduğunu bildirib. Keçmiş baş nazir onu da deyib ki, söhbətdə Putin guya onu raket hücumu ilə hədələyib.
"Xeyr, cənab Consonun dedikləri doğru deyil, daha doğrusu, yalandır. Üstəlik, deyim ki, bu ya şüurlu yalandır, onda sual ondan ibarətdir ki, o, hansı məqsədlə bunu seçib. Əslində o, prezident Putinin onunla nə danışdığını başa düşməyib. Sonra bu, bizim prezidentimizin həmsöhbətləri üçün bir az narahat olur", - Peskov jurnalistlərin sualını cavablandırarkən deyib.
O, həmçinin qeyd edib ki, o, Putinlə Conson arasında söhbətin nədən getdiyini bilir.
"Mən bu söhbət zamanı nələrin müzakirə olunduğunu bilirəm və bir daha rəsmi şəkildə təkrar edirəm: bu yalandır. Raket zərbələri təhlükəsi olmayıb. Rusiya Federasiyasının təhlükəsizliyi üçün çağırışlardan danışan prezident Putin qeyd edib ki, Ukrayna NATO-ya daxil olarsa, ABŞ raketlərinin bizim sərhədlərimizdə potensial yerləşdirilməsi onların bir neçə dəqiqə ərzində Moskvaya çatacağı anlamına gələcək", - deyə Peskov qeyd edib.