Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov Rusiyanın Cənubi Qafqazdakı diplomatiyasının məqsədini açıqladı

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidSergey Lavrov
Sergey Lavrov  - Sputnik Azərbaycan, 1920, 30.01.2023
Abunə olmaq
Rusiya xarici işlər naziri bildirib ki, "3+3" formatına uyğun olaraq əməkdaşlığın gücləndirilməsinin praktiki məsələlərinə diqqət yetirilməsini planlaşdıran platformanı faydalı hesab edirlər.
BAKI, 30 yanvar — Sputnik. Bizi Cənubi Qafqaz respublikaları ilə ümumi tarix, mənəvi və mədəni yaxınlıq, xalqlar arasında möhkəm dostluq telləri bağlayır. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
"Cənubi Qafqazla bilavasitə həmsərhəd olan Rusiya bu regionun sabitliyində və rifahında, onun nəqliyyat, logistika, ticarət, investisiya, texnoloji imkanlarından qarşılıqlı faydalı istifadə və üzə çıxarılmasında maraqlıdır. Diplomatiyamızın məqsədi də məhz budur" - deyə Lavrov qeyd edib.

"Biz regionda toplanmış münaqişə potensialının aradan qaldırılması üçün intensiv işləyirik. Bu baxımdan prioritet vəzifələrdən biri Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasıdır. Münasibətlərin normallaşdırılmasının əsasını Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli bəyanatları təşkil edir. Əminik ki, prosesin uğuru bütünlüklə bu üçtərəfli razılaşmalara ciddi riayət olunmasından asılıdır" - Rusiya XİN rəhbəri vurğulayıb.

"Biz 2021-ci ilin dekabrında fəaliyyətə başlayan 3+3 Məşvərətçi Regional Platformasının (Azərbaycan, Ermənistan, Gürcüstan, həmçinin Rusiya, İran və Türkiyə) işini təşviq etməyi hədəfləyirik. Regional oyunçuların maraqlarına uyğun olaraq əməkdaşlığın gücləndirilməsinin praktiki məsələlərinə diqqət yetirilməsini planlaşdıran bu platformanı faydalı hesab edirik. Ankara ilə İrəvan arasında münasibətlərin normallaşmasına gəlincə, Rusiyanın himayəsi altında bu öhdəliyə 2022-ci ilin yanvarında Ermənistanın xüsusi nümayəndələri R.K.Rubinyan və Türkiyənin S.Kılıç ilk dəfə Moskvada görüşü ilə başlayıb. Bu günə kimi onların hər ikisi ilə sıx əlaqə saxlayırıq. Biz regional vəziyyətin daha da yaxşılaşmasına töhfə verəcək Ermənistan-Türkiyə əlaqələrinin bərpası üçün perspektivlər açan son hadisələri alqışlayırıq", - deyə Lavrov vurğulayıb.
Xəbər lenti
0