Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Avropada Ukrayna münaqişəsində iştirakdan narahat olan qüvvələr var - Peskov

© Sputnik / Valeriy Sharifulin / Mediabanka keçidRusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 30.01.2023
Abunə olmaq
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi bildirib ki, bir çox ölkələrdə belə qüvvələr var, onlar bu barədə açıq danışırlar.
BAKI, 30 yanvar — Sputnik. Bütün Avropa ölkələrində müəyyən dairələr var ki, onların Ukraynadakı münaqişəyə cəlb olunmaqdan narahatdırlar. Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bütün Avropa ölkələrində müəyyən dairələr var ki, bu ölkələrin Ukrayna münaqişəsində iştirakının artmasına səbəb olacaq hərəkətlərə qarşı çıxırlar. Doğrudan da, bir çox ölkələrdə belə qüvvələr var, onlar bu barədə açıq danışırlar" - Peskov jurnalistlərə Qərbin Kiyevə tank tədarükündən danışarkən deyib.
Ötən həftə Almaniya hökuməti NATO müttəfiqlərinin təzyiqindən sonra "Leopard 2" tanklarını Ukraynaya təhvil verəcəyini və alman tanklarının onlara malik olan digər ölkələrə tədarük edilməsinə icazə verəcəyini açıqlamışdı. Almaniya ilk mərhələdə Bundesverin ehtiyatlarından 14 ədəd "Leopard 2" təqdim etməyi planlaşdırır. Birləşmiş Ştatlar həmçinin Ukraynaya öz istehsalı olan müasir "Abrams" tanklarından ibarət 31 ədəd kompleksin göndərildiyini elan edib. Eyni zamanda, Ağ Ev "Abrams"ın çatdırılmasının aylarca çəkəcəyini bildirib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Xəbər lenti
0