https://sputnik.az/20230129/rusiya-xn-yaponiya-moskva-ile-dialoqun-berpasi-isteyini-numayis-etdirmelidir-451156995.html
Rusiya XİN: Yaponiya Moskva ilə dialoqun bərpası istəyini nümayiş etdirməlidir
Rusiya XİN: Yaponiya Moskva ilə dialoqun bərpası istəyini nümayiş etdirməlidir
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, onlar Yaponiya hökumətinin normal dialoqu bərpa etmək istəyini görmürlər. 29.01.2023, Sputnik Azərbaycan
2023-01-29T14:23+0400
2023-01-29T14:23+0400
2023-01-29T14:23+0400
rusiya xin
rusiya
yaponiya
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1f/438701544_0:0:3071:1728_1920x0_80_0_0_2ed8ce5f1abbdb164bab7438ad39027d.jpg
BAKI, 29 yanvar — Sputnik. Rusiya ilə dialoqu bərpa etmək üçün Yaponiya həm hörmət nümayiş etdirməli, həm də ikitərəfli münasibətləri düzəltməyə çalışmalıdır. Bu barədə “RİA Novosti” Rusiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Nazirliyin daha əvvəl yaydığı məlumata görə, Moskva Tokionu xəbərdar edib ki, Yaponiyanın anti-Rusiya sanksiyaları siyasəti kontekstində Kuril adalarının cənubunda dəniz balıqçılığı ilə bağlı hökumətlərarası məsləhətləşmələr barədə razılığa gələ bilməz. Rusiya Xarici İşlər Nazirliyi bu qərarı şərh edərək qeyd edib ki, onlar Yaponiyanın heç bir etirazını “qəti şəkildə qəbul etmirlər”. Çünki onlar Yaponiya hökumətinin normal dialoqu bərpa etmək istəyini görmürlər. Keçən ilin yayında Rusiya Federasiyası Xarici İşlər Nazirliyi 1998-ci ildə Rusiya-Yaponiya müqaviləsinin icrasının dayandırıldığını elan edib. Bu saziş yapon balıqçılarına Kuril adalarının cənubunda balıq tutmağa icazə verirdi. Departament daha sonra qeyd edib ki, bu, Yaponiya tərəfindən ödənişlər üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1f/438701544_94:0:2825:2048_1920x0_80_0_0_44a6a81f1a832ffe3df3fcb11f4cd154.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rusiya xin, yaponiya
Rusiya XİN: Yaponiya Moskva ilə dialoqun bərpası istəyini nümayiş etdirməlidir
Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, onlar Yaponiya hökumətinin normal dialoqu bərpa etmək istəyini görmürlər.
BAKI, 29 yanvar — Sputnik. Rusiya ilə dialoqu bərpa etmək üçün Yaponiya həm hörmət nümayiş etdirməli, həm də ikitərəfli münasibətləri düzəltməyə çalışmalıdır.
Bu barədə “RİA Novosti” Rusiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Nazirliyin daha əvvəl yaydığı məlumata görə, Moskva Tokionu xəbərdar edib ki, Yaponiyanın anti-Rusiya sanksiyaları siyasəti kontekstində Kuril adalarının cənubunda dəniz balıqçılığı ilə bağlı hökumətlərarası məsləhətləşmələr barədə razılığa gələ bilməz.
Rusiya Xarici İşlər Nazirliyi bu qərarı şərh edərək qeyd edib ki, onlar Yaponiyanın heç bir etirazını “qəti şəkildə qəbul etmirlər”. Çünki onlar Yaponiya hökumətinin normal dialoqu bərpa etmək istəyini görmürlər.
Keçən ilin yayında Rusiya Federasiyası Xarici İşlər Nazirliyi 1998-ci ildə Rusiya-Yaponiya müqaviləsinin icrasının dayandırıldığını elan edib. Bu saziş yapon balıqçılarına Kuril adalarının cənubunda balıq tutmağa icazə verirdi. Departament daha sonra qeyd edib ki, bu, Yaponiya tərəfindən ödənişlər üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlıdır.