Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

RF Şurası NATO-ya Rusiyanın nüvə-raket fövqəldövləti olduğunu xatırlatdı

© Sputnik / Кирилл Нортон / Mediabanka keçidRusiya bayrağı
Rusiya bayrağı - Sputnik Azərbaycan, 1920, 29.01.2023
Abunə olmaq
Andrey Klimov NATO rəsmilərinə xatırladıb ki, Rusiya ilə birbaşa qarşıdurmaya hazır olduqlarından danışarkən, nüvə-raket fövqəldövləti ilə mümkün qarşıdurmadan danışdıqlarını yada salsınlar.
BAKI, 29 yanvar — Sputnik. Rusiya ilə birbaşa qarşıdurmaya hazır olduqlarından danışarkən, nüvə-raket fövqəldövləti ilə mümkün qarşıdurmadan danışdıqlarını yada salsınlar.
Bunu Rusiya Federasiya Şurasının Dövlət Suverenliyinin Müdafiəsi Komissiyasının rəhbəri Andrey Klimov NATO rəsmilərinə xatırladıb.
Bundan əvvəl Şimali Atlantika Alyansının hərbi komitəsinin sədri admiral Rob Bauer NATO-nun Rusiya ilə birbaşa qarşıdurmaya hazır olduğunu bildirib. O qeyd edib ki, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra alyans NATO-nun şərq cinahını gücləndirmək qərarına gəlib. Bauerin sözlərinə görə, bu, ruslar üçün mühüm siqnaldır - "onların NATO-ya tərəf gəlmək ideyası olarsa, biz hazırıq".
"Yeri gəlmişkən, NATO Hərbi Komitəsinin sədri, ABŞ admiralı Bauer indicə elan etdi: NATO nüvə-raket fövqəldövləti olan Rusiya ilə birbaşa qarşıdurmaya hazırdır!" – deyə rusiyalı siyasətçi özünün "Teleqram" kanalında yazıb.
"Həqiqətən də, Qərb dünyası, getdikcə daha da çılğınlaşır", - deyə Klimov sözünü yekunlaşdırıb.
Xəbər lenti
0