Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

İrandakı səfirliyimizdə qətlə yetirilmiş Orxan Əsgərovun dəfn tarixi açıqlanıb

© Photo : From the personal archive of Orkhan AskerovOrxan Əsgərov
Orxan Əsgərov - Sputnik Azərbaycan, 1920, 29.01.2023
Abunə olmaq
Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Əsgərov II Şəhidlər xiyabanında dəfn ediləcək.
BAKI, 29 yanvar - Sputnik. Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovun dəfn tarixi açıqlanıb.
Dəfn mərasimi yanvarın 30-da, saat 12.00-da olacaq.
Orxan Əsgərov Azərbaycanda II Şəhidlər Xiyabanında dəfn ediləcək.
Bu barədə Sputnik Azərbaycan-a 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən millət vəkili Naqif Həmzəyev bildirib. O deyib ki, Orxanın ailəsi Ermənistandan deportasiya nəticəsində Gəncədə məskunlaşsa da, hazırda ailəsi Bakıda yaşayır. Ona görə də, Orxan Bakıdakı II Şəhidlər Xiyabanında dəfn ediləcək.
27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir.
Öldürülən baş leytenant O.Əsgərov Gəncə şəhər 1 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Rizvan Əsgərovun oğludur. Onun iki övladı var.
Xəbər lenti
0