https://sputnik.az/20230129/lavrov-pakistanli-hemkari-ile-neyi-muzakire-edecek-451161426.html
Lavrov pakistanlı həmkarı ilə nəyi müzakirə edəcək?
Lavrov pakistanlı həmkarı ilə nəyi müzakirə edəcək?
Sputnik Azərbaycan
Bazar ertəsi Rusiyanın xarici işlər naziri Sergey Lavrov Pakistan İslam Respublikasının xarici işlər naziri Bilaval Bhutto Zərdari ilə danışıqlar aparacaq. 29.01.2023, Sputnik Azərbaycan
2023-01-29T18:04+0400
2023-01-29T18:04+0400
2023-01-29T18:04+0400
sergey lavrov
rusiya
pakistan
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/05/449298921_0:193:2955:1855_1920x0_80_0_0_f4cf826b5b2f3fa08703094004672507.jpg
BAKI, 29 yanvar — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Pakistan İslam Respublikasının xarici işlər naziri Bilaval Bhutto Zərdari ilə danışıqlar zamanı Ukrayna və Suriyadakı vəziyyəti, həmçinin BMT və ŞƏT çərçivəsində əməkdaşlığı müzakirə edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib. Lavrovun Bhutto-Zərdari ilə danışıqları bazar ertəsi keçiriləcək. "Moskva və İslamabad beynəlxalq və regional gündəlikdəki əksər aktual məsələlərdə yaxın mövqe tuturlar. Biz həm çoxtərəfli formatlarda, həm BMT, ŞƏT çərçivəsində, həm də ikitərəfli əsasda əməkdaşlığı sistemli şəkildə genişləndiririk. Pakistanla əməkdaşlığın əsas istiqamətləri ikitərəfli formatda və beynəlxalq tədbirlər çərçivəsində siyasi dialoq, ticarət- iqtisadi və enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsidir", - deyə nazirlikdən bildirilib. Rusiya və Pakistan xarici işlər nazirliklərinin rəhbərləri əsas istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi yollarını müzakirə edəcəklər. "Əsas diqqət BMT və ŞƏT çərçivəsində qarşılıqlı fəaliyyət vurğulanmaqla aktual beynəlxalq problemlərin müzakirəsinə veriləcək. Müzakirə mövzuları terrorizmlə mübarizə, o cümlədən bir sıra regional mövzular, o cümlədən, Əfqanıstan, Suriya və Ukraynadakı vəziyyət olacaq", - deyə Rusiya Xarici İşlər Nazirliyindən əlavə edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/05/449298921_113:0:2842:2047_1920x0_80_0_0_a3cd3c4f8b03501bf47985113741b97a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sergey lavrov, pakistan
Lavrov pakistanlı həmkarı ilə nəyi müzakirə edəcək?
Bazar ertəsi Rusiyanın xarici işlər naziri Sergey Lavrov Pakistan İslam Respublikasının xarici işlər naziri Bilaval Bhutto Zərdari ilə danışıqlar aparacaq.
BAKI, 29 yanvar — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Pakistan İslam Respublikasının xarici işlər naziri Bilaval Bhutto Zərdari ilə danışıqlar zamanı Ukrayna və Suriyadakı vəziyyəti, həmçinin BMT və ŞƏT çərçivəsində əməkdaşlığı müzakirə edəcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Lavrovun Bhutto-Zərdari ilə danışıqları bazar ertəsi keçiriləcək.
"Moskva və İslamabad beynəlxalq və regional gündəlikdəki əksər aktual məsələlərdə yaxın mövqe tuturlar. Biz həm çoxtərəfli formatlarda, həm BMT, ŞƏT çərçivəsində, həm də ikitərəfli əsasda əməkdaşlığı sistemli şəkildə genişləndiririk. Pakistanla əməkdaşlığın əsas istiqamətləri ikitərəfli formatda və beynəlxalq tədbirlər çərçivəsində siyasi dialoq, ticarət- iqtisadi və enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsidir", - deyə nazirlikdən bildirilib.
Rusiya və Pakistan xarici işlər nazirliklərinin rəhbərləri əsas istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi yollarını müzakirə edəcəklər.
"Əsas diqqət BMT və ŞƏT çərçivəsində qarşılıqlı fəaliyyət vurğulanmaqla aktual beynəlxalq problemlərin müzakirəsinə veriləcək. Müzakirə mövzuları terrorizmlə mübarizə, o cümlədən bir sıra regional mövzular, o cümlədən, Əfqanıstan, Suriya və Ukraynadakı vəziyyət olacaq", - deyə Rusiya Xarici İşlər Nazirliyindən əlavə edilib.