Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Argentina və Latın Amerikası Ukraynaya silah göndərməyəcək - Prezident Fernandez

© Mast Irham / Pool Photo via APArgentina Prezidenti Alberto Fernandes
Argentina Prezidenti Alberto Fernandes - Sputnik Azərbaycan, 1920, 29.01.2023
Abunə olmaq
Latın Amerikası ölkəsinin prezidenti Alberto Fernandes bildirib ki, Argentina və Latın Amerikası Ukraynaya və ya başqa münaqişə zonasına silah göndərmək fikrində deyil.
BAKI, 29 yanvar — Sputnik. Argentina və Latın Amerikası ölkələri Ukraynaya silah göndərməyi düşünmürlər.
Bunu Latın Amerikası ölkəsinin prezidenti Alberto Fernandes deyib.
Argentinada rəsmi səfərdə olan Almaniya kansleri Olaf Şolts ilə birgə mətbuat konfransı zamanı Fernandez bildirib: “Argentina və Latın Amerikası Ukraynaya və ya başqa münaqişə zonasına silah göndərmək fikrində deyil, onlar silah göndərməyi düşünmürlər”.
Xatırladaq ki, Rusiya Ukraynaya silah tədarük etdiyi üçün bundan əvvəl NATO ölkələrinə nota göndərib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, içində Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə “odla oynayırlar”. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Ukraynanın Qərbdən silahlarla təchiz edilməsi Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir və mənfi təsir göstərəcək.
Xəbər lenti
0