Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ Ukraynadakı hərbi əməliyyatların silah tədarükündə birbaşa iştirak edir - Volodin

© Sputnik / Пресс-служба Госдумы РФ / Mediabanka keçidRusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin  - Sputnik Azərbaycan, 1920, 29.01.2023
Abunə olmaq
Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib ki, Ukrayna bu gün NATO və ABŞ üçün "silahlarını və müharibə aparmağın yeni üsullarını sınaqdan keçirməkdən ötrü" təlim meydançasıdır.
BAKI, 29 yanvar — Sputnik. Kiyevə ağır silahların verilməsi Vaşinqtonun Ukraynadakı hərbi əməliyyatlarda birbaşa iştirakını göstərir.
Bunu Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.
"Orada Amerikalı təlimatçılar, muzdlular var. Kiyev rejimini xilas etmək üçün ağır silahlar verməyə başladılar. Bütün bunlar Vaşinqtonun hərbi əməliyyatlarda bilavasitə iştirakından, müstəmləkələrini itirmək qorxusundan xəbər verir", - deyə o, "Telegram" kanalında yazıb.
Parlament üzvü, həmçinin, bildirib ki, Ukrayna bu gün NATO və ABŞ üçün "silahlarını və müharibə aparmağın yeni üsullarını sınaqdan keçirməkdən ötrü" təlim meydançasıdır.
Volodin əlavə edib ki, Rusiya Federasiyasının Ukraynadakı xüsusi əməliyyatı "Ukrayna vətəndaşları və slavyan torpaqlarını Amerika müstəmləkəçilərindən xilas edərək azadlığa qovuşdurub". "Yanki, Ukraynadan rədd ol!" – deyə Dövlət Dumasının spikeri sözünü yekunlaşdırıb.
Rusiya Ukraynaya silah tədarük etdiyi üçün bundan əvvəl NATO ölkələrinə nota göndərib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, içində Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə "odla oynayırlar".
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Ukraynaya Qərbdən silahların vurulması Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir və mənfi təsir göstərəcək.
Xəbər lenti
0