Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Səfirlik əməkdaşlarının təxliyəsi üçün Bakıdan Tehrana təyyarə göndərilir

© AP Photo / Vahid SalemiAzərbaycanın İrandakı səfirliyi
Azərbaycanın İrandakı səfirliyi - Sputnik Azərbaycan, 1920, 28.01.2023
Abunə olmaq
XİN Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib ki, Səfirlik əməkdaşları, onların ailə üzvləri və şəhid Orxan Əsgərovun cənazəsi Azərbaycana biryerdə gətiriləcək.
BAKI, 28 yanvar - Sputnik. Azərbaycanın İrandakı səfirliyində baş verən terror aktından sonra səfirlik əməkdaşlarının ölkəmizə təxliyəsi həyata keçiriləcək.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə "Qafqazinfo"ya bildirib.
"Səfirlik əməkdaşları, onların ailə üzvləri və şəhid Orxan Əsgərovun cənazəsinin Azərbaycana gətirilməsi bir yerdə olacaq", - Hacızadə deyib.
Onun sözlərinə görə, təxliyə Bakıdan yola düşəcək təyyarə ilə həyata keçiriləcək.
Qurum rəsmisi təxliyənin tarixi və saatı barədə dəqiq məlumat verə bilməyəcəyini deyib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda bu xain hücum üzrə araşdırma gedir.
Azərbaycan səfirliyinə hücum edən şəxs səfirlik əməkdaşları tərəfindən saxlanılıb.
İran bayrağı - Sputnik Azərbaycan, 1920, 28.01.2023
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Rəsmi Tehran Azərbaycan səfirliyinə hücumun qarşısını almaq üçün heç bir cəhd göstərməyib
Xəbər lenti
0