Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Hikmət Hacıyev və Ceyhun Bayramov Orxan Əsgərovun yas mərasimində iştirak edib

© Photo : From the personal archive of Orkhan AskerovOrxan Əsgərov
Orxan Əsgərov - Sputnik Azərbaycan, 1920, 28.01.2023
Abunə olmaq
Azərbaycan XİN başçısı və Prezidentin köməkçisi Azərbaycanın Tehrandakı səfirliyinə hücum zamanı həlak olan Orxan Əsgərovun Bakıda keçirilən yas mərasiminə qatılıb.
BAKI, 28 yanvar - Sputnik. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Tehrandakı səfirliyinə hücum zamanı həlak olan Orxan Əsgərovun yas mərasimində iştirak edib.
Bu barədə APA-nın mərasim yerində olan müxbiri məlumat verib.
XİN-in məlumatına görə, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin heyətinin və onların ailə üzvlərinin təxliyəsi, eləcə də Orxan Əsgərovun cənazəsinin vətənə gətirilməsi sabah üçün nəzərdə tutulur.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda bu xain hücum üzrə araşdırma gedir.
Azərbaycan səfirliyinə hücum edən şəxs səfirlik əməkdaşları tərəfindən saxlanılıb.
Azərbaycanın İrandakı səfirliyi - Sputnik Azərbaycan, 1920, 28.01.2023
SİYASƏT
İran qətlə yetirilmiş səfirlik əməkdaşının nəşinin verilməsini süni şəkildə ləngidir
Xəbər lenti
0