Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyalıların 80%-i onun işini müsbət qiymətləndirir - İctimai Rəy Fondu

© Sputnik / Алексей Даничев / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 27.01.2023
Abunə olmaq
Fondun apardığı sorğunun metodu respondentin yaşayış yeri üzrə müsahibədir. Statistik xəta 3,6%-dən çox deyil.
BAKI, 27 yanvar — Sputnik. Rusiya Prezidenti Vladimir Putinə rusiyalıların 79%-i etibar edir, 80%-i isə onun vəzifəsində yaxşı işlədiyinə inanır.
"İctimai Rəy" Fondunun (İRF) apardığı sorğunun nəticələriundən bu qənaətə gəlmək olar.
Respondentlərin əksəriyyəti dövlət başçısına "çox güvənir" – onlar 79% təşkil edirlər, 13%-i ona "etibar etmirəm" deyib. Digər 9% isə cavab verməkdə çətinlik çəkib.
Respondentlərin 80%-i hesab edir ki, Putin öz vəzifəsində kifayət qədər yaxşı işləyir, 10%-i isə onun kifayət qədər zəif işlədiyinə əmindir. Respondentlərin 11%-i cavab verməkdə çətinlik çəkib.
"İRFnibus" sorğusu yanvarın 20-22-də Rusiyanın 53 regionunun 104 yaşayış məntəqəsində 18 və yuxarı yaşda olan 1,5 min respondent arasında keçirilib. Sorğu metodu respondentin yaşayış yeri üzrə müsahibədir. Statistik xəta 3,6%-dən çox deyil.
Xəbər lenti
0