Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya XİN: Kiyevə tankların çatdırılması Qərblə qarşıdurmanı yeni səviyyəyə qaldırır

© AFP 2024 / ALEXANDER NEMENOVRusiya XİN
Rusiya XİN - Sputnik Azərbaycan, 1920, 27.01.2023
Abunə olmaq
Çərşənbə günü Almaniya hökuməti "Leopard 2" tanklarını Ukraynaya təhvil vermək qərarına gəldiyini açıqlayıb.
BAKI, 27 yanvar — Sputnik. Qərb tanklarının Ukraynaya çatdırılması vəziyyəti Kiyevin xeyrinə dəyişməyəcək, lakin bu, Qərblə Rusiya arasında qarşıdurmanı yeni səviyyəyə qaldıracaq. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Çərşənbə günü Almaniya hökuməti "Leopard 2" tanklarını Ukraynaya təhvil vermək qərarına gəldiyini açıqlayıb. Almaniya iki tank batalyonu yaratmaq niyyətindədir. Birinci mərhələdə onlar Bundesverin ehtiyatlarından A6 tipli 14 ədəd "Leopard 2" verməyi planlaşdırırlar.
Həmçinin çərşənbə günü Ağ Ev Ukraynaya 31 "M1 Abrams" tankı göndərmək niyyətini təsdiqləyib. ABŞ rəsmilərinin sözlərinə görə, texnikaların çatdırılması bir neçə ay çəkəcək. Bundan əlavə, Vaşinqton Kiyevə səkkiz M88 zirehli bərpa maşını göndərəcək.
Rusiya Federasiyası daha əvvəl Ukraynaya silah tədarükü ilə əlaqədar bütün ölkələrə, o cümlədən ABŞ-a nota göndərmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək.
Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə "odla oynayır". Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Ukraynaya Qərbdən silahların göndərilməsi Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir və mənfi təsir göstərəcək.
Xəbər lenti
0