https://sputnik.az/20230127/rusiya-azerbaycan-ve-ermenistana-cagiris-edib-danisiqlari-berpa-etmeliyik-451109512.html
Rusiya Azərbaycan və Ermənistana çağırış edib: danışıqları bərpa etməliyik
Rusiya Azərbaycan və Ermənistana çağırış edib: danışıqları bərpa etməliyik
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb ki, Rusiya gərginliyin azaldılması çağırışları ilə məhdudlaşan əksər xarici oyunçulardan fərqli... 27.01.2023, Sputnik Azərbaycan
2023-01-27T16:28+0400
2023-01-27T16:28+0400
2023-01-27T16:28+0400
rusiya
mariya zaxarova
rusiya xin
ermənistan
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442988139_0:0:3105:1748_1920x0_80_0_0_569f6202c1b0a698c92daeadff399837.jpg
BAKI, 27 yanvar — Sputnik. Moskva İrəvan və Bakını Laçın dəhlizini tamamilə açmağa və siyasi iradə nümayiş etdirməyə çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi onu da vurğulayıb ki, Rusiya gərginliyin azaldılması çağırışları ilə məhdudlaşan əksər xarici oyunçulardan fərqli olaraq, bölgədə real həll yolları axtarır və humanitar yardım göstərir. Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 47 gündür davam edir. Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442988139_0:0:2731:2048_1920x0_80_0_0_44d8bf3aa9f4c63efa133bb3ce5aad5d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mariya zaxarova, rusiya xin, ermənistan, azərbaycan
mariya zaxarova, rusiya xin, ermənistan, azərbaycan
Rusiya Azərbaycan və Ermənistana çağırış edib: danışıqları bərpa etməliyik
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb ki, Rusiya gərginliyin azaldılması çağırışları ilə məhdudlaşan əksər xarici oyunçulardan fərqli olaraq, bölgədə real həll yolları axtarır və humanitar yardım göstərir.
BAKI, 27 yanvar — Sputnik. Moskva İrəvan və Bakını Laçın dəhlizini tamamilə açmağa və siyasi iradə nümayiş etdirməyə çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Biz Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatına uyğun olaraq Laçın dəhlizinin blokunu tamamilə aradan qaldırmağa çağırırıq və mövcud fikir ayrılıqlarını tez bir zamanda aradan qaldırmaq üçün Bakı və İrəvana müraciət edirik", - Zaxarova deyib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi onu da vurğulayıb ki, Rusiya gərginliyin azaldılması çağırışları ilə məhdudlaşan əksər xarici oyunçulardan fərqli olaraq, bölgədə real həll yolları axtarır və humanitar yardım göstərir.
“Rusiya XİN rəhbəri Sergey Lavrovun iştirakı ilə Azərbaycan və Ermənistan arasında danışıqları təşkil etməyə hazırdır. Vaxtaşırı yaranan çətinliklər danışıqlar prosesinin "dondurulması" və ölkələr arasında münasibətlərin normallaşması üçün səbəb olmamalıdır. Danışıqları mümkün qədər tez bərpa etməliyik", - deyə Zaxarova qeyd edib.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 47 gündür davam edir.
Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.