https://sputnik.az/20230127/revan-maraqli-olarsa-ktmt-missiyasi-ermenistanda-yerlesdirile-biler---rusiya-xn---451118252.html
İrəvan maraqlı olarsa, KTMT missiyası Ermənistanda yerləşdirilə bilər - Rusiya XİN
İrəvan maraqlı olarsa, KTMT missiyası Ermənistanda yerləşdirilə bilər - Rusiya XİN
Sputnik Azərbaycan
Ermənistanın istəyi əsasında Avropa İttifaqı Ermənistana, o cümlədən Ermənistan-Azərbaycan sərhədinə iki illik mülki missiya göndərilməsinə dair qərar qəbul... 27.01.2023, Sputnik Azərbaycan
2023-01-27T17:42+0400
2023-01-27T17:42+0400
2023-01-27T17:52+0400
rusiya
mariya zaxarova
ktmt
ermənistan
missiya
https://cdnn1.img.sputnik.az/img/07e5/03/12/426502534_0:0:3381:1902_1920x0_80_0_0_fb203c5a2179020841d24f5d2524d083.jpg
BAKI, 27 yanvar - Sputnik. İrəvan bunda maraqlı olarsa, KTMT missiyası tez bir zamanda Ermənistanda yerləşdirilə bilər. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.Xatırladaq ki, Aİ missiyasının Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi fikri Avstriya, Litva və Rumıniya tərəfindən irəli sürülüb. Oktyabrın 17-də Aİ xarici işlər nazirləri Lüksemburqda keçirilən görüşdə 40 müşahidəçinin göndərilməsini rəsmən təsdiqləyiblər. Monitorinq Missiyası (EUMCAP) öz mandatını dekabrın 19-da tamamlayıb.Daha sonra Ermənistanın istəyi əsasında Avropa İttifaqı Ermənistana, o cümlədən Ermənistan-Azərbaycan sərhədinə iki illik mülki missiya göndərilməsinə dair qərar qəbul edib. Ermənistanda yerləşdiriləcək Aİ-nin mülki missiyası təxminən 100 nəfərdən ibarət olacaq.Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb.Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır. Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq.Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/12/426502534_510:0:3241:2048_1920x0_80_0_0_908d0b85a420feff38f30fd1b749691b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mariya zaxarova, ktmt, ermənistan, missiya
mariya zaxarova, ktmt, ermənistan, missiya
İrəvan maraqlı olarsa, KTMT missiyası Ermənistanda yerləşdirilə bilər - Rusiya XİN
17:42 27.01.2023 (Yenilənib: 17:52 27.01.2023) Ermənistanın istəyi əsasında Avropa İttifaqı Ermənistana, o cümlədən Ermənistan-Azərbaycan sərhədinə iki illik mülki missiya göndərilməsinə dair qərar qəbul edib. Ermənistanda yerləşdiriləcək Aİ-nin mülki missiyası təxminən 100 nəfərdən ibarət olacaq.
BAKI, 27 yanvar - Sputnik. İrəvan bunda maraqlı olarsa, KTMT missiyası tez bir zamanda Ermənistanda yerləşdirilə bilər. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Biz qeyd edirik ki, İrəvanda KTMT missiyasının istiqaməti üzrə işi məntiqi nəticəyə gətirmədən Aİ-nin xeyrinə seçim etməyə üstünlük veriblər. Əgər erməni müttəfiqlər KTMT-nin potensialından istifadə etməkdə maraqlı olsalar, onun missiyası tez bir zamanda Ermənistanda yerləşdirilə bilər”, - Zaxarova cümə günü brifinqdə bildirib.
Xatırladaq ki, Aİ missiyasının Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi fikri Avstriya, Litva və Rumıniya tərəfindən irəli sürülüb. Oktyabrın 17-də Aİ xarici işlər nazirləri Lüksemburqda keçirilən görüşdə 40 müşahidəçinin göndərilməsini rəsmən təsdiqləyiblər. Monitorinq Missiyası (EUMCAP) öz mandatını dekabrın 19-da tamamlayıb.
Daha sonra Ermənistanın istəyi əsasında Avropa İttifaqı Ermənistana, o cümlədən Ermənistan-Azərbaycan sərhədinə iki illik mülki missiya göndərilməsinə dair qərar qəbul edib. Ermənistanda yerləşdiriləcək Aİ-nin mülki missiyası təxminən 100 nəfərdən ibarət olacaq.
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb.
Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır. Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq.
Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.