QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan erməni hərbçisinin qalıqlarını Ermənistana təhvil verib

© AFP 2024 / Aris MessinisErmənistan əsgəri, arxiv şəkli
Ermənistan əsgəri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.01.2023
Abunə olmaq
Sonuncu dəfə 2022-ci il noyabrın 28-də sərhəddəki döyüşlər zamanı öldürülən erməni cəsədlərinin təhvil verilməsi baş verib.
BAKI, 27 yanvar - Sputnik. Azərbaycan erməni əsgərinin qalıqlarını Ermənistana təhvil verib Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, söhbət 2022-ci ilin sentyabrında Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlərdə həlak olan əsgərdən gedir.
Sonuncu dəfə 2022-ci il noyabrın 28-də sərhəddəki döyüşlər zamanı öldürülən erməni cəsədlərinin təhvil verilməsi baş verib.
Xatırladaq ki, 2022-ci il sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb.
Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində irimiqyaslı təxribat törədilib.
Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərələrdən istifadə edərək Azərbaycan ordusunun bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minalamağa başlayıblar.
Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinin qarşısını alaraq cavab verilib və toqquşmaların genişlənməsinin qarşısının alınması üçün də tədbirlər görülüb.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi təxribatı həyata keçirən Ermənistan silahlı qüvvələrinin canlı qüvvə və texnikasında itkilərin olduğunu bildirir.
Xəbər lenti
0