https://sputnik.az/20230127/avtomobillerin-texniki-baxisdan-kecirilmesi-ucun-fasilesiz-is-rejimi-tetbiq-edilib-451099474.html
Avtomobillərin texniki baxışdan keçirilməsi üçün fasiləsiz iş rejimi tətbiq edilib
Avtomobillərin texniki baxışdan keçirilməsi üçün fasiləsiz iş rejimi tətbiq edilib
Sputnik Azərbaycan
DYP-dən bildirilib ki, iş saatlarında vaxt tapıb avtomobilini texniki baxışa təqdim edə bilməyən minik avtomobillərinin sahibləri də axşamlar avtomobilini... 27.01.2023, Sputnik Azərbaycan
2023-01-27T23:19+0400
2023-01-27T23:19+0400
2023-01-27T23:19+0400
texniki baxış
dyp
fasilə
iş rejimi
paytaxt xəbərləri
https://cdnn1.img.sputnik.az/img/42173/57/421735715_0:87:1341:841_1920x0_80_0_0_7f1c7e4f0fac01fd1bb72e1415048bba.jpg
BAKI, 27 yanvar — Sputnik. Nəqliyyat vasitələrinin sahiblərinə fasiləsiz və daha keyfiyyətli xidmət göstərilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu və Qaradağ rayonlarında yerləşən texniki müayinə mərkəzlərində artıq bir müddətdir ki, 24 saat fasiləsiz iş rejimi tətbiq edilir. İdarədən bildirilib ki, gecə saatlarında avtomobilini texniki baxışdan keçirmək istəyən sürücülər kifayət qədərdir. Saatından asılı olmayaraq müraciət edən sürücülərin məmnunluğu üçün Texniki Baxış mərkəzlərində bütün şərait yaradılıb. Qeyd edək ki, nəqliyyat vasitələrinin sahibləri və sürücüləri onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün günün 24 saatı 012-590-71-13 nömrəli qaynar xətlə əlaqə saxlaya bilərlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42173/57/421735715_0:0:1157:868_1920x0_80_0_0_032f3180953e427eb2a161dbd7f6a7ce.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
texniki baxış, dyp, fasilə, iş rejimi
texniki baxış, dyp, fasilə, iş rejimi
Avtomobillərin texniki baxışdan keçirilməsi üçün fasiləsiz iş rejimi tətbiq edilib
DYP-dən bildirilib ki, iş saatlarında vaxt tapıb avtomobilini texniki baxışa təqdim edə bilməyən minik avtomobillərinin sahibləri də axşamlar avtomobilini rahatlıqla texniki baxışdan keçirmə imkanına malikdirlər.
BAKI, 27 yanvar — Sputnik. Nəqliyyat vasitələrinin sahiblərinə fasiləsiz və daha keyfiyyətli xidmət göstərilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu və Qaradağ rayonlarında yerləşən texniki müayinə mərkəzlərində artıq bir müddətdir ki, 24 saat fasiləsiz iş rejimi tətbiq edilir.
İdarədən bildirilib ki, gecə saatlarında avtomobilini texniki baxışdan keçirmək istəyən sürücülər kifayət qədərdir. Saatından asılı olmayaraq müraciət edən sürücülərin məmnunluğu üçün Texniki Baxış mərkəzlərində bütün şərait yaradılıb.
"Paytaxt ərazisində hərəkəti müəyyən olunan müddətlərdə məhdudlaşdırılan yük avtomobillərinin, sərnişin daşıması ilə məşğul olan avtobusların sürücüləri qurumun fasiləsiz fəaliyyətindən razıdırlar. İş saatlarında vaxt tapıb avtomobilini texniki baxışa təqdim edə bilməyən minik avtomobillərinin sahibləri də axşamlar avtomobilini rahatlıqla texniki baxışdan keçirmə imkanına malikdirlər", - deyə bildirilib.
Qeyd edək ki, nəqliyyat vasitələrinin sahibləri və sürücüləri onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün günün 24 saatı 012-590-71-13 nömrəli qaynar xətlə əlaqə saxlaya bilərlər.