Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Qavrilov: Qərbin Kiyevə tank tədarükü cəbhədəki vəziyyəti dəyişməyəcək

© AP Photo / Mindaugas KulbisLeopard 2 tankları
Leopard 2 tankları - Sputnik Azərbaycan, 1920, 26.01.2023
Abunə olmaq
Konstantin Qavrilov qeyd edib ki, Qərbin Ukraynaya tədarük etdiyi "Abrams" və "Leopard" tankları Rusiya T-80-lərinin xüsusiyyətlərindən də pisdir.
BAKI, 26 yanvar — Sputnik. Qərbin Kiyevə tank və aviasiya tədarükü cəbhədəki vəziyyəti dəyişməyəcək və Rusiyanı xüsusi əməliyyatın məqsədlərindən əl çəkməyə məcbur etməyəcək. Bunu Vyanada Silahlara nəzarət və hərbi təhlükəsizlik üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov bildirib.
"Bu tankların və ola bilsin, təyyarələrin tədarükündə yaxşı bir şey yoxdur, lakin bundan fəlakət yaratmağa ehtiyac yoxdur, onlar cəbhədə heç nəyi dəyişməyəcək. Bizim qətiyyətimiz sübut olundu. Biz xüsusi əməliyyatda qarşıya qoyulan məqsəd və tapşırıqlarımızdan əl çəkməyəcəyik. Ukraynaya yardım nə qədər genişlənsə, xüsusi əməliyyatın sərhədi bir o qədər geniş olar", - diplomat "Rossiya 24" telekanalının efirində bildirib.
O, həmçinin qeyd edib ki, Qərbin Ukraynaya tədarük etdiyi "Abrams" və "Leopard" tankları Rusiya T-80-lərinin xüsusiyyətlərindən də pisdir.
"Bu tanklar silahla təchiz olunmuş adi qutulardır. "Abrams" və "Leopard" çox da fərqlənmir, hətta bizim T-80-lərdən də pisdir, hərbçilər bunu bilir", - Qavrilov deyib.
Almaniya hökuməti "Leopard 2" tanklarını Ukraynaya təhvil vermək qərarına gəldiyini açıqlayıb.
XHƏ - Sputnik Azərbaycan, 1920, 26.01.2023
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Peskov: Kreml XHƏ-nin statusunun dəyişdirilməsi məsələsini müzakirə etmir
Xəbər lenti
0