Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Almaniyanın müdafiə naziri: "Leopard"lar martın sonunda Ukraynaya çatdırıla bilər

© AFP 2024 / ATTILA KISBENEDEKLeopard
Leopard - Sputnik Azərbaycan, 1920, 26.01.2023
Abunə olmaq
Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə "odla oynayırlar".
BAKI, 26 yanvar — Sputnik. "Leopard"ın Ukraynaya çatdırılması martın sonunda həyata keçirilə bilər.
Almaniyanın müdafiə naziri Boris Pistorius belə hesab edir.
"Düşünürəm ki, ola bilsin, biz (tanklarımızı) "Leopard"ımızı martın sonunda təhvil verəcəyik", - deyə Pistorius bildirib.
Onun mətbuatla ünsiyyəti Almaniyanın "Welt" telekanalı tərəfindən canlı yayımlanıb.
Rusiya Ukraynaya silah tədarük etdiyi üçün bundan əvvəl NATO ölkələrinə nota göndərib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, içində Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə "odla oynayırlar". Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Ukraynanın Qərbdən silahlarla təchiz edilməsi Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir və mənfi təsir göstərəcək.
Nikolay Patruşev - Sputnik Azərbaycan, 1920, 26.01.2023
RUSİYA
Qərb Rusiyaya qarşı proksi müharibəni dayandırmayacaq - Patruşev
Xəbər lenti
0