QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ağdam-Füzuli avtomobil yolunun inşası davam etdirilir - FOTO-VİDEO

© Photo : AAYAğdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam edir
Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam edir - Sputnik Azərbaycan, 1920, 26.01.2023
Abunə olmaq
Uzunluğu 64,8 km, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla tikilir.
BAKI, 26 yanvar — Sputnik. 2021-ci il oktyabr ayında təməli qoyulmuş Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam etdirilir.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, uzunluğu 64,8 km, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla tikilir. Yol çiyinlərinin eni hər bir istiqamətdə 3,75 metr, ayırıcı zolağın eni 2 metr olmaqla yol yatağının eni 26,5 metr təşkil edir.
Hazırda I texniki dərəcəli olacaq avtomobil yolunda torpaq işlərinin icrası çərçivəsində yararsız qruntun çıxarılması, yatağın genişləndirməsi, 26,5 metr enində yeni yol yatağının, yol əsasının tikintisi, 380 metr uzunluğunda istinad divarının, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular, su keçidləri, həmçinin zəruri olan yerlərdə yeraltı və kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidlərinin inşası davam edir.
Yolun km 0-32,4 km-lik hissəsində layihə çərçivəsində 9 ehtiyat keçidi, 16 suötürücü boruların tikinti işləri başa çatdırılıb. Bundan başqa bitki qatının çıxarılması 35.8%, qazma işləri 9.5%, torpaq yatağının tikintisi 21.9% yerinə yetirilib. Hazırda bu hissədə nəqliyyat üçün bir alt keçidinin və bir piyada keçidinin tikintisi davam etdirilir. Layihənin 0-32,4 km hissəsi üzrə fiziki tərəqqi 8.64% təşkil edir.
Yolun 32,4-64,8 km hissəsində torpaq işləri bitib, hazırda hamarlayıcı qatın və əsasın alt qatının tikintisi aparılır. Layihənin sözügedən hissəsində 4 keçid və 11 kommunikasiya borusu, 25 müxtəlif diametrli suötürücü boru inşa edilib.
Bu hissədə inşa olunan körpü dayaqlarının tikintisi sona çatmaq üzrədir. Qeyd olunan hissədə torpaq işləri 56 %, süni qurğular 50 %, yol geyimi 11,2 % olmaqla, ümumilikdə tikinti işləri 22 % icra olunub.
© Photo : AAYAğdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam edir
Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam edir - Sputnik Azərbaycan, 1920, 26.01.2023
Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam edir
Yolun layihə üzrə nəzərdə tutulan 1, 6, 37 və 63-cü km hissələrində 4 avtomobil körpüsünün inşası aparılır. Körpülərdə svay, betonlanma və dayaqların tikintisi davam edir.
Tikinti işləri "İnşaat Norma və Qaydaları"nın tələblərinə uyğun həyata keçirilir. Tikintinin tərtib olunmuş qrafikə uyğun olaraq yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli avtomobil yolu Ağdam, Ağcabədi, Füzuli rayonları ərazisindən keçir.
Xəbər lenti
0