https://sputnik.az/20230125/zaxarova-avropa-letargiya-yuxusundan-oyanmali-ve-eyni-sehvi-tekrar-etmemelidir-451035240.html
Zaxarova: "Avropa letargiya yuxusundan oyanmalı və eyni səhvi təkrar etməməlidir"
Zaxarova: "Avropa letargiya yuxusundan oyanmalı və eyni səhvi təkrar etməməlidir"
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova xatırladıb ki, iki əvvəlki dünya müharibəsindən faydalanan məhz ABŞ olub. 25.01.2023, Sputnik Azərbaycan
2023-01-25T22:41+0400
2023-01-25T22:41+0400
2023-01-26T10:24+0400
mariya zaxarova
rusiya
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
abş
italiya
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442993571_0:0:3368:1895_1920x0_80_0_0_332e0eae8714a0a7bae99582308bbba4.jpg
BAKI, 25 yanvar — Sputnik. Avropa təcili olaraq letargiya yuxudan oyanmalı, Qərb ölkələri tərəfindən başladılan əvvəlki iki dünya müharibəsindən faydalananın ABŞ olduğunu xatırlamalıdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova çərşənbə günü İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayaninin açıqlamasını şərh edərkən bildirib. Daha əvvəl Tajani Avropanın real xarici və müdafiə siyasətinin olmadığını, ölkələr arasında "həddən artıq qısqanclığın" olduğunu, həmçinin, "Avropanın həmişə ABŞ-dan geri qaldığını" bildirmişdi. O qeyd edib ki, "Avropa hər şeyi etməlidir ki, münaqişə heç vaxt genişlənməsin". Onun sözlərinə görə, "nə NATO, nə də Ukraynaya yardım etməyə borclu olan Avropa Rusiya ilə döyüşmür". "Yəni onlar başa düşmürlər ki, ABŞ Avropanı böyük müharibəyə sürükləyir? Niyə? Ona görə ki, dünyada gərginlik ocaqları yaratmaqdan başqa Vaşinqtonun dolları təmin etmək və Amerika iqtisadiyyatının artımını saxlamaq üçün çoxdan başqa resursları yoxdur. Su nişanları olan yaşıl kağız yalnız bir şeylə təmin olunub - mətbəə və mürəkkəbin olması ilə", - deyə Zaxarova özünün "Telegram" kanalında yazıb. "Avropa təcili olaraq letargiya yuxusundan oyanmalı və nəhayət xatırlamalıdır ki, Qərb ölkələri tərəfindən başlanmış iki əvvəlki dünya müharibəsindən faydalanan məhz ABŞ olub. Bütün dünya xarabalıqlar içində ikən Vaşinqton külün üzərində "Pax Americana"nı yaradıb. Bəlkə, üçüncü dəfə eyni səhvi təkrarlamamağın zamanı çatıb?" – deyə diplomat qeyd edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442993571_637:0:3368:2048_1920x0_80_0_0_a3141778d732e024bbfc9a542ce695d3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, abş, italiya
mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, abş, italiya
Zaxarova: "Avropa letargiya yuxusundan oyanmalı və eyni səhvi təkrar etməməlidir"
22:41 25.01.2023 (Yenilənib: 10:24 26.01.2023) Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova xatırladıb ki, iki əvvəlki dünya müharibəsindən faydalanan məhz ABŞ olub.
BAKI, 25 yanvar — Sputnik. Avropa təcili olaraq letargiya yuxudan oyanmalı, Qərb ölkələri tərəfindən başladılan əvvəlki iki dünya müharibəsindən faydalananın ABŞ olduğunu xatırlamalıdır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova çərşənbə günü İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayaninin açıqlamasını şərh edərkən bildirib.
Daha əvvəl Tajani Avropanın real xarici və müdafiə siyasətinin olmadığını, ölkələr arasında "həddən artıq qısqanclığın" olduğunu, həmçinin, "Avropanın həmişə ABŞ-dan geri qaldığını" bildirmişdi. O qeyd edib ki, "Avropa hər şeyi etməlidir ki, münaqişə heç vaxt genişlənməsin". Onun sözlərinə görə, "nə NATO, nə də Ukraynaya yardım etməyə borclu olan Avropa Rusiya ilə döyüşmür".
"Yəni onlar başa düşmürlər ki, ABŞ Avropanı böyük müharibəyə sürükləyir? Niyə? Ona görə ki, dünyada gərginlik ocaqları yaratmaqdan başqa Vaşinqtonun dolları təmin etmək və Amerika iqtisadiyyatının artımını saxlamaq üçün çoxdan başqa resursları yoxdur. Su nişanları olan yaşıl kağız yalnız bir şeylə təmin olunub - mətbəə və mürəkkəbin olması ilə", - deyə Zaxarova özünün "Telegram" kanalında yazıb.
"Avropa təcili olaraq letargiya yuxusundan oyanmalı və nəhayət xatırlamalıdır ki, Qərb ölkələri tərəfindən başlanmış iki əvvəlki dünya müharibəsindən faydalanan məhz ABŞ olub. Bütün dünya xarabalıqlar içində ikən Vaşinqton külün üzərində "Pax Americana"nı yaradıb. Bəlkə, üçüncü dəfə eyni səhvi təkrarlamamağın zamanı çatıb?" – deyə diplomat qeyd edib.