Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada Avrasiya İqtisadi Forumu keçiriləcək

© AFP 2023 / KIRILL KUDRYAVTSEVMoskvaya mənzərə
Moskvaya mənzərə - Sputnik Azərbaycan, 1920, 25.01.2023
Abunə olmaq
Tədbirin mayın 24-25-də Ali Avrasiya İqtisadi Şurasının iclası ərəfəsində keçirilməsi planlaşdırılır.
BAKI, 25 yanvar — Sputnik. May ayında Rusiyada Avrasiya İqtisadi Forumu keçiriləcək.
Avrasiya İqtisadi Komissiyasının saytı bu barədə xəbər verir.
Avrasiya İqtisadi Komissiyasının (AİK) çərçivəsində bu il "Çoxqütblü Dünyada Avrasiya İnteqrasiyası" devizi altında keçiriləcək forumun hazırlanması üzrə Proqram Komitəsinin ilk iclası keçirilib. Plenar iclasda Aİİ ölkələrinin başçıları iştirak edəcəklər. Tədbirin mayın 24-25-də Ali Avrasiya İqtisadi Şurasının iclası ərəfəsində keçirilməsi planlaşdırılır.
Proqram komitəsinin iclasında Aİİ ölkələrinin səlahiyyətli departamentlərinin və biznes strukturlarının, eləcə də AİK-in struktur bölmələrinin nümayəndələri forumun ümumi konsepsiyasını və ilkin məzmununu, panel sessiyaları və tədbirlərin keçirilməsi üçün mümkün mövzuları müzakirə ediblər.
Forum iştirakçıları "müasir avrasiyaçılığın ideoloji əsasları", Aİİ-nin gələcək onilliklər üçün strateji məqsədləri, rəqəmsal transformasiya, iqlim çağırışları və ittifaqın konsolidasiya edilmiş cavab tədbirləri, enerji və ərzaq təhlükəsizliyini, həmçinin, ŞƏT ölkələri, BRİKS, ASEAN, Afrika və Şərqi Ərəb dövlətləri ilə əlaqələri müzakirə edəcəklər.
Xəbər lenti
0