Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Sputnik-in Latviyada həbs edilən baş redaktoru Kasem həmkarlarına təşəkkür edib

© Sputnik“Sputnik Litva”nın baş redaktoru Marat Kasem
“Sputnik Litva”nın baş redaktoru Marat Kasem - Sputnik Azərbaycan, 1920, 24.01.2023
Abunə olmaq
Qış fasiləsindən sonra cari ilin ilk rəsmi matçı turnirin XIX turu çərçivəsində Gəncədə oynanılacaq.
BAKI, 24 yanvar — Sputnik. “Sputnik Litva”nın Latviyada həbs edilən baş redaktoru Marat Kasem həmkarlarına yeni məktub yazıb və onlara dəstəyə görə təşəkkür edib. RİA Novosti Baltnews-a istinadən məlumat yayıb.
Məktubda o, nənəsinin ölüm xəbərini necə ağır qəbul etdiyini və dəfn mərasimindən əvvəl vidalaşmaq üçün həbsxanadan aparıldığı da bildirib.
"Başsağlığınıza görə sağ olun, baş verənləri qəbul etmək çox çətin oldu. Bəla, necə deyərlər, tək gəlmir. Belə kədərdə zaman maşını kömək etməz, amma məktublarınız kömək edə bilər, hətta çox!", - portal onun məktubundan sitat gətirir.
Kasem həmkarlarına güc, kreativlik və yaradıcılıq uğurları arzulayıb və Latviyada “hər şeyin mümkün olduğunu” bildirib.
"Mən istintaqı bir daha təhrik etməyəcəm və işimi tamamilə sizə etibar edirəm. Bunun öhdəsindən gələ bilərsiniz! Hamı üçün darıxıram", - deyə o əlavə edib.
Marat Kasem Latviya vətəndaşıdır, bir neçə ildir ki, Moskvada yaşayır, "Sputnik Litva"nın da daxil olduğu "Rossiya Seqodnya" BİA-da işləyir.Marat Kasem Latviya vətəndaşıdır, bir neçə il Moskvada yaşayıb və "Sputnik Litva"nın da daxil olduğu "Russia Today" media qrupunda işləyir. Dekabrın 30-da jurnalist ailəvi səbəbdən Latviyaya gəlib. "Sputnik Litva" xəbər verir ki, o saxlanılıb və yanvarın 5-də Riqa məhkəməsi onu həbs edib.
Xəbər lenti
0