https://sputnik.az/20230124/rusiyanin-estoniyadaki-sefiri-estoniyada-rusofobiya-magara-seviyyesindedir-450974382.html
Rusiyanın Estoniyadakı səfiri: Estoniyada rusofobiya mağara səviyyəsindədir
Rusiyanın Estoniyadakı səfiri: Estoniyada rusofobiya mağara səviyyəsindədir
Sputnik Azərbaycan
Rusiyanın Estoniyadakı səfiri Vladimir Lipayev, Estoniyada "diplomatik münasibətlər üçün tamamilə anormal bir cəbhə vəziyyəti" yaradıldlğını bildirib. 24.01.2023, Sputnik Azərbaycan
2023-01-24T13:19+0400
2023-01-24T13:19+0400
2023-01-24T13:19+0400
rusiya
rusiya
estoniya
səfir
https://cdnn1.img.sputnik.az/img/41047/30/410473030_0:160:3073:1888_1920x0_80_0_0_ed39abb070f3f54c3256f8671f82f5b7.jpg
BAKI, 24 yanvar — Sputnik. Estoniyada rusofobiyanın mağara adamı səviyyəsi formalaşıb. Rusiya səfirliyi ilə bütün təmaslara məxfi polis nəzarət edir. Belə şəraitdə münasibətləri səfirlər səviyyəsində saxlamağın mənası yoxdur. Bunu Rusiyanın Estoniyadakı səfiri Vladimir Lipayev bildirib. Onun sözlərinə görə, xüsusilə, Estoniya nümayəndələrinin Rusiya səfirliyi ilə əlaqə saxlaması "faktiki olaraq qadağandır:"Kimsə düşüncəsizliklə səfirliyimizlə əlaqə saxlasa, o, dərhal Estoniya məxfi polisinin diqqət dairəsinə düşür. Nəticədə Estoniyada "diplomatik münasibətlər üçün tamamilə anormal bir cəbhə vəziyyəti" yaradılıb". "Onu estoniyalı tərəfdaşlar yaradıb və bu şəraitdə hər hansı normal əlaqə saxlamaq mümkün deyil. Ona görə də Rusiyanın, sadəcə olaraq, başqa yolu yox idi. Estoniya kimi bir ölkə ilə münasibətləri saxlamağın mənası yoxdur. Estoniya kimi bir ölkə ilə bugünkü mərhələdə - səfir səviyyəsində olduğu qədər yüksək səviyyədə olmayan bir mərhələdə münasibət qurmağın mənası yoxdur" – deyə Lipayev əlavə edib. Səfir onu da qeyd edib ki, Qərb Estoniyaya Sankt-Peterburqu "nişan altında" saxlaya bilməsi üçün silah verməyi planlaşdırır. Onun fikrincə, "Anglo-saksonlar"ın Estoniyada iqtisadi, siyasi, mədəni və hərbi təzyiqlər məqsədi ilə "anti-Rusiya forpostu" yaratmaq marağı olub. "Estoniya fəal şəkildə silahlanır, bunun nə üçün olduğu aydın deyil.Buranı Sankt-Peterburqu "nişan altında" saxlamaq məqsədi ilə adi silahların ən müasir növləri ilə təchiz etmək planlaşdırılır, orta mənzilli raketdən müdafiə sistemi yaradılır. İstər-istəməz sual yaranır: Görəsən, Estoniya kiminlə döyüşməyi planlaşdırır?" – deyə Lipayev fikrini bildirib. Xatırladaq ki, bir neçə gün əvvəldən başlayaraq, Rusiya Estoniya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41047/30/410473030_170:0:2901:2048_1920x0_80_0_0_ff2200dee8169416e936ae795a691722.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rusiya, estoniya, səfir
Rusiyanın Estoniyadakı səfiri: Estoniyada rusofobiya mağara səviyyəsindədir
Rusiyanın Estoniyadakı səfiri Vladimir Lipayev, Estoniyada "diplomatik münasibətlər üçün tamamilə anormal bir cəbhə vəziyyəti" yaradıldlğını bildirib.
BAKI, 24 yanvar — Sputnik. Estoniyada rusofobiyanın mağara adamı səviyyəsi formalaşıb. Rusiya səfirliyi ilə bütün təmaslara məxfi polis nəzarət edir. Belə şəraitdə münasibətləri səfirlər səviyyəsində saxlamağın mənası yoxdur. Bunu Rusiyanın Estoniyadakı səfiri Vladimir Lipayev bildirib.
"Estoniya diplomatiyası heç bir məntiqi arqumentləri qətiyyən qəbul etmədiyini və danışıqlar aparmaq qabiliyyətinə malik olmadığını göstərdi. Onun canına tamamilə bir növ mağara rusofobiyası hopdurulub. Və bu gün praktiki olaraq danışacaq, ünsiyyət quracaq kimsə yoxdur - bütün əlaqələrimiz bloklanıb", - deyə Lipayev "Solovyov Live"nin efirində bildirib.
Onun sözlərinə görə, xüsusilə, Estoniya nümayəndələrinin Rusiya səfirliyi ilə əlaqə saxlaması "faktiki olaraq qadağandır:
"Kimsə düşüncəsizliklə səfirliyimizlə əlaqə saxlasa, o, dərhal Estoniya məxfi polisinin diqqət dairəsinə düşür. Nəticədə Estoniyada "diplomatik münasibətlər üçün tamamilə anormal bir cəbhə vəziyyəti" yaradılıb".
"Onu estoniyalı tərəfdaşlar yaradıb və bu şəraitdə hər hansı normal əlaqə saxlamaq mümkün deyil. Ona görə də Rusiyanın, sadəcə olaraq, başqa yolu yox idi. Estoniya kimi bir ölkə ilə münasibətləri saxlamağın mənası yoxdur. Estoniya kimi bir ölkə ilə bugünkü mərhələdə - səfir səviyyəsində olduğu qədər yüksək səviyyədə olmayan bir mərhələdə münasibət qurmağın mənası yoxdur" – deyə Lipayev əlavə edib.
Səfir onu da qeyd edib ki, Qərb Estoniyaya Sankt-Peterburqu "nişan altında" saxlaya bilməsi üçün silah verməyi planlaşdırır.
Onun fikrincə, "Anglo-saksonlar"ın Estoniyada iqtisadi, siyasi, mədəni və hərbi təzyiqlər məqsədi ilə "anti-Rusiya forpostu" yaratmaq marağı olub.
"Estoniya fəal şəkildə silahlanır, bunun nə üçün olduğu aydın deyil.Buranı Sankt-Peterburqu "nişan altında" saxlamaq məqsədi ilə adi silahların ən müasir növləri ilə təchiz etmək planlaşdırılır, orta mənzilli raketdən müdafiə sistemi yaradılır. İstər-istəməz sual yaranır: Görəsən, Estoniya kiminlə döyüşməyi planlaşdırır?" – deyə Lipayev fikrini bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəldən başlayaraq, Rusiya Estoniya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salıb.