Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və Esvatini qarşılıqlı əlaqələri möhkəmləndirirlər

© AFP 2024 / KIRILL KUDRYAVTSEVRusiya
Rusiya - Sputnik Azərbaycan, 1920, 24.01.2023
Abunə olmaq
Esvatininin paytaxtı Mbabanedə Rusiya xarici işlər naziri S.Lavrov krallığın xarici işlər naziri Tuli Dladla ilə, Milli Müdafiə və Təhlükəsizlik Naziri səlahiyyətlərini icra edən şahzadə Sikalo Dlamini ilə və Baş Nazir Kleopas Dlamini ilə danışıqlar aparıb.
BAKI, 24 yanvar — Sputnik. Rusiya və Esvatini BMT-nin baş katibi Antonio Quterreşə Avropada saxlanılan rus gübrələrinin bir hissəsinin təcili olaraq krallığa göndərilməsi xahişi ilə müraciət edəcəklər.
Rusiya xarici işlər naziri Sergey Lavrov çərşənbə axşamı keçirilən mətbuat konfransında bu barədə bildirib.

"Bu gün razılaşdıq ki, həm Esvatini hökuməti, həm də hökumətimiz ona (BMT Baş katibinə) Avropa Birliyinin limanlarında saxlanılan Rusiya gübrələrinin bir hissəsinin Esvatini xalqının ehtiyacları üçün istifadəsi məsələsini tez bir zamanda həll etməkdən ötrü konkret bir müraciət göndərəcəklər. Həm də pulsuz əsasda" – deyə Lavrov mətbuat konfransı zamanı qeyd edib.

Bundan savayı, Rusiya xarici işlər naziri Sergey Lavrov çərşənbə axşamı onu da bildirib ki, Rusiya və Esvatini təhlükəsizlik sahəsində əməkdaşlığı artırmaq barədə razılığa gəliblər. Belə ki, Moskva dövlətin təhlükəsizliyini təmin etmək üçün həll edilməli olan istənilən məsələlər üzrə Esvatininin müraciətlərinə baxmağa hazırdır.
"Biz bu gün hərbi rəhbərliklə görüşdə təhlükəsizlik sahəsində əməkdaşlığın qurulması ilə bağlı razılığa gəldik. Bizim hərbi əməkdaşlıq, hərbi-texniki əməkdaşlıq haqqında mövcud hökumətlərarası sazişlərimiz var, hərbi-texniki əməkdaşlıq üzrə işçi qrupu var", - deyə Lavrov Esvatini Xarici İşlər Naziri ilə mətbuat konfransı zamanı bildirib.
"Biz esvatiniyalı dostlarımızın bu ölkənin təhlükəsizliyini təmin etmək üçün həll edilməli olan istənilən məsələ ilə bağlı müraciətlərinə baxmağa hazırıq", - deyə nazir vurğulayıb.
Esvatini Krallığı Afrika qitəsinin ən kiçik dövlətlərindən biridir. 2018-ci ilə qədər ölkə Svazilend Krallığı adlanırdı. Cənubda, qərbdə və şimalda o, Cənubi Afrika ilə, şərqdə isə Mozambiklə həmsərhəddir. Ölkənin dənizə çıxışı yoxdur, qərbdən şərqə doğru çıxıntılarla azalan yaylada yerləşir.
Krallığın paytaxtı Mbabanedə S.Lavrov xarici işlər naziri Tuli Dladla ilə, Milli Müdafiə və Təhlükəsizlik Naziri səlahiyyətlərini icra edən şahzadə Sikalo Dlamini ilə və Baş Nazir Kleopas Dlamini ilə danışıqlar aparıb.
Xəbər lenti
0