Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya hava hücumundan müdafiə sistemi dünyanın ən yaxşılarından biridir - Putin

© Sputnik / Константин ЗавражинRusiya Prezidenti Vladimir Putin, arxiv şəkli
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.01.2023
Abunə olmaq
Rusiya lideri ölkəsində hava hücumundan müdafiə raketlərinin istehsalının həcminin ABŞ-dan üç dəfə artıq olduğunu bildirib.
BAKI, 24 yanvar - Sputnik. Praktiki döyüş işi göstərir ki, Rusiya hava hücumundan müdafiə sistemi dünyanın ən yaxşılarından biridir. Belə bir bəyanatla Rusiya prezidenti Vladimir Putin Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkovla görüşdə çıxış edib.

"Hər şey olur, amma praktiki döyüş işi göstərir ki, Rusiyanın hava hücumundan müdafiəsi dünyanın ən yaxşılarından biridir", - deyə dövlət başçısı bildirib.

Onun sözlərinə görə, Rusiyada hava hücumundan müdafiə raketlərinin istehsalı dünya üzrə istehsal həcmləri ilə müqayisə oluna bilər, onlar müasir və etibarlıdır və sistemin özü də düzgün işləyir:
“ABŞ, deyək ki, Patriot raketlərini istehsal edir - bizdə belə raketlər üç dəfə çox istehsal olunur. Hətta üç dəfədən çox".
Ümumiyyətlə, hava hücumundan müdafiə raketlərinə gəlincə, Rusiya lideri bildirib ki, müxtəlif məqsədlər üçün Rusiya istehsalı bütün dünya istehsalı ilə müqayisə edilə bilər:
"Digər şeylər arasında, sistemlərin özləri müasir və etibarlıdır. Buna baxmayaraq, təbii ki, hər şey olur, amma ümumilikdə sistem düzgün işləyir”.
Xəbər lenti
0