Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Patruşev: Rusiya KTMT-nin problemlərinin həllinə kömək etməyə hazırdır

© AFP 2024 / VYACHESLAV OSELEDKOKTMT
KTMT - Sputnik Azərbaycan, 1920, 24.01.2023
Abunə olmaq
Tərəflər bir sıra beynəlxalq problemlərə toxunub, KTMT sərhədləri boyu vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
BAKI, 24 yanvar — Sputnik. Rusiya Təhlükəsizlik Şurası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qarşısında duran vəzifələrin həllinə kömək etməyə hazırdır. Bu barədə Moskvada Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və KTMT-nin baş katibi İmanqali Tasmaqambetov arasında keçirilən işgüzar görüşdə bildirilib.
© Sputnik / Арам НерсесянRusiya Federasiyası Təhlükəsizlik Şurasının (SB) katibi Nikolay Patruşev
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının (SB) katibi Nikolay Patruşev - Sputnik Azərbaycan, 1920, 24.01.2023
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının (SB) katibi Nikolay Patruşev
"Nikolay Patruşev İmanqali Tasmaqambetovu bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb, həmçinin KTMT Katibliyinin qarşısında duran vəzifələrin həyata keçirilməsinə köməklik göstərməyə hazır olduğunu bildirib", - məlumatda deyilir.
Qazaxıstan nümayəndəsi Tasmaqambetov bu il yanvarın 1-dən KTMT-nin baş katibi vəzifəsinin icrasına başlayıb.
Tərəflər bir sıra beynəlxalq problemlərə toxunub, KTMT sərhədləri boyu vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Məlumatda vurğulanır ki, KTMT-nin nüfuzunun artırılması və onun digər beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyəti qeyd olunub. Bundan əlavə, 2023-cü ildə bu təşkilata sədrlik edən Belarusun təklif etdiyi KTMT işinin prioritetlərinin həyata keçirilməsi proseduru müzakirə olunub.
Tərəflər 2022-ci ildə KTMT-yə üzv dövlətlərin başçılarının qəbul etdikləri qərarların icrasına da diqqət yetiriblər.
"Xüsusən, KTMT-yə üzv dövlətlərin səlahiyyətli orqanlarının Koordinasiya Şurasının bioloji təhlükəsizlik məsələləri üzrə fəaliyyətinin təşkili müzakirə edilib", - məlumatda deyilir.
Xəbər lenti
0