https://sputnik.az/20230124/mdb-olkelerinin-ekspertleri-ictimai-sehiyye-sahesinde-emekdasligi-muzakire-edibler-450993210.html
MDB ölkələrinin ekspertləri ictimai səhiyyə sahəsində əməkdaşlığı müzakirə ediblər
MDB ölkələrinin ekspertləri ictimai səhiyyə sahəsində əməkdaşlığı müzakirə ediblər
Sputnik Azərbaycan
"Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əhalisinin sağlamlığı" Strategiyasının reallaşdırılması məsələlərinə xüsusi diqqət yetirilib. 24.01.2023, Sputnik Azərbaycan
2023-01-24T21:29+0400
2023-01-24T21:29+0400
2023-01-24T21:29+0400
mdb
rusiya
icraiyyə şurası
əhali
sağlamlıq
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0b/447313674_0:77:889:577_1920x0_80_0_0_4bbcb41d80dcf0f773b1f27a196ecaa7.jpg
BAKI, 24 yanvar — Sputnik. Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Dövlətlərarası ictimai səhiyyə və səhiyyə informasiyası Təsisatları Şəbəkəsinin iclası keçirilib. Sputnik Azərbaycan MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iclas iştirakçıları təşkilati-kadr məsələlərini müzakirə edib, İdarəetmə Şurasını formalaşdırıb, təsisatlar şəbəkəsinin sədrini seçiblər. Qeyd etmək lazımdır ki, təsisatlar şəbəkəsində sədrlik rotasiya prinsipi əsasında növbə ilə hər bir iştirakçı dövlət tərəfindən həmin dövlətin nümayəndəsinin şəxsində həyata keçirilir. 2023-cü ildə şəbəkənin işi Qırğız Respublikasının sədrliyi ilə həyata keçiriləcək. "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əhalisinin sağlamlığı" Strategiyasının reallaşdırılması məsələlərinə xüsusi diqqət yetirilib. Təəssüf ki, bütün dünyada qeyri-infeksion xəstəliklərin artması müşahidə olunur. Bütün ölüm hallarının təqribən 70 faizinə səbəb bu xəstəliklərdir. Bununla əlaqədar, həmin sənədin reallaşdırılması ilə bağlı milli hədəf indikatorlarının monitorinqi və təhlili Birlik üzvü olan dövlətlərin səhiyyə nazirlikləri tərəfindən xüsusi nəzarətdədir. Bu mövzu Şəbəkənin İş Planına daxil edilib. İşin yekununa dair məruzə MDB-də səhiyyə sahəsində əməkdaşlıq şurasının üzvlərinə təqdim ediləcək. İdarəetmə Şurasının üzvləri cari il üçün İş Planı tərtib ediblər. Səhiyyə sistemlərinin kadr təminatı və fasiləsiz tibbi təhsil, ilkin tibbi-sanitar yardımın səmərəsinin artırılması və bir sıra başqa məsələlərə xüsusi diqqət yetiriləcək. Qeyd edək ki, ictimai səhiyyə - əhali arasında yoluxucu və qeyri-yoluxucu xəstəliklərin yaranma səbəbləri və mexanizmlərini, yayılmasının qanunauyğunluqlarını öyrətməklə, ətraf mühitdə olan risk amillərini, risk qruplarını və risk zonalarını aşkar edərək, əhalinin sağlamlığının pozulmasının qarşısını alan, elmi cəhətdən əsaslandırılmış profilaktik (qabaqlayıcı) tədbirlər sistemini işləyib hazırlamaqla insanların sağlamlığının qorunmasını, əmək qabiliyyətinin, həyat keyfiyyətinin yüksəldilməsini və ömrünün uzadılmasını təmin edir. İctimai sağlamlığın qorunmasında profilaktika prioritet xarakter daşımaqla, daha humanist tibbi fəaliyyət sahəsi hesab edilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0b/447313674_0:0:889:667_1920x0_80_0_0_1dc1e640a0ef424376e20987f67f9a73.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
mdb, icraiyyə şurası, əhali, sağlamlıq
mdb, icraiyyə şurası, əhali, sağlamlıq
MDB ölkələrinin ekspertləri ictimai səhiyyə sahəsində əməkdaşlığı müzakirə ediblər
"Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əhalisinin sağlamlığı" Strategiyasının reallaşdırılması məsələlərinə xüsusi diqqət yetirilib.
BAKI, 24 yanvar — Sputnik. Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Dövlətlərarası ictimai səhiyyə və səhiyyə informasiyası Təsisatları Şəbəkəsinin iclası keçirilib.
Sputnik Azərbaycan MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iclas iştirakçıları təşkilati-kadr məsələlərini müzakirə edib, İdarəetmə Şurasını formalaşdırıb, təsisatlar şəbəkəsinin sədrini seçiblər.
Qeyd etmək lazımdır ki, təsisatlar şəbəkəsində sədrlik rotasiya prinsipi əsasında növbə ilə hər bir iştirakçı dövlət tərəfindən həmin dövlətin nümayəndəsinin şəxsində həyata keçirilir. 2023-cü ildə şəbəkənin işi Qırğız Respublikasının sədrliyi ilə həyata keçiriləcək.
"Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əhalisinin sağlamlığı" Strategiyasının reallaşdırılması məsələlərinə xüsusi diqqət yetirilib. Təəssüf ki, bütün dünyada qeyri-infeksion xəstəliklərin artması müşahidə olunur. Bütün ölüm hallarının təqribən 70 faizinə səbəb bu xəstəliklərdir. Bununla əlaqədar, həmin sənədin reallaşdırılması ilə bağlı milli hədəf indikatorlarının monitorinqi və təhlili Birlik üzvü olan dövlətlərin səhiyyə nazirlikləri tərəfindən xüsusi nəzarətdədir. Bu mövzu Şəbəkənin İş Planına daxil edilib.
İşin yekununa dair məruzə MDB-də səhiyyə sahəsində əməkdaşlıq şurasının üzvlərinə təqdim ediləcək.
İdarəetmə Şurasının üzvləri cari il üçün İş Planı tərtib ediblər. Səhiyyə sistemlərinin kadr təminatı və fasiləsiz tibbi təhsil, ilkin tibbi-sanitar yardımın səmərəsinin artırılması və bir sıra başqa məsələlərə xüsusi diqqət yetiriləcək.
Qeyd edək ki, ictimai səhiyyə - əhali arasında yoluxucu və qeyri-yoluxucu xəstəliklərin yaranma səbəbləri və mexanizmlərini, yayılmasının qanunauyğunluqlarını öyrətməklə, ətraf mühitdə olan risk amillərini, risk qruplarını və risk zonalarını aşkar edərək, əhalinin sağlamlığının pozulmasının qarşısını alan, elmi cəhətdən əsaslandırılmış profilaktik (qabaqlayıcı) tədbirlər sistemini işləyib hazırlamaqla insanların sağlamlığının qorunmasını, əmək qabiliyyətinin, həyat keyfiyyətinin yüksəldilməsini və ömrünün uzadılmasını təmin edir.
İctimai sağlamlığın qorunmasında profilaktika prioritet xarakter daşımaqla, daha humanist tibbi fəaliyyət sahəsi hesab edilir.