https://sputnik.az/20230124/botanika-yoxsa-betonika---nebatet-bagi-hansi-istiqametde-deyisecek-450964383.html
Botanika, yoxsa "betonika" - Nəbatət Bağı hansı istiqamətdə dəyişəcək - FOTO
Botanika, yoxsa "betonika" - Nəbatət Bağı hansı istiqamətdə dəyişəcək - FOTO
Sputnik Azərbaycan
Qurumun rəhbərliyi sosial şəbəkələrdə yayılan məlumatlardan, fotolardan xəbərdar olmadığını, BŞİH isə yayılan şəkillərin ayrı-ayrı müəlliflər tərəfindən ilkin... 24.01.2023, Sputnik Azərbaycan
2023-01-24T20:45+0400
2023-01-24T20:45+0400
2023-01-24T21:38+0400
təmir
paytaxt xəbərləri
mərkəzi nəbatat bağı
sosial şəbəkə istifadəçiləri
https://cdnn1.img.sputnik.az/img/07e4/09/16/424993485_0:72:3073:1800_1920x0_80_0_0_cad4c1c09910d2a04a837b260c328fc3.jpg
BAKI, 24 yanvar — Sputnik. Son günlər sosial şəbəkədə Mərkəzi Nəbatət (Botanika) Bağı üçün hazırlanan yeni layihənin fotosu rezonansa səbəb olub. Sosial şəbəkə istifadəçiləri tərəfindən layihə ilə bağlı yayılan foto böyük qınaqla qarşılanıb. Qınağa səbəb əsas amil isə layihədə ağacların demək olar ki, yox səviyyəsində olmasıdır. Göündüyü kimi, artıq bir neçə gündür ki, bu məsələ əhali arasında ən həssas mövzulardan birinə çevrilib, bir çoxları ağacların yox səviyyəsində olmasına görə "son layihə" olaraq irəli sürülən versiyanı qəbul etməkdən imtina ediblər. Onlar bağın təmirdən öncəki vəziyyətinin daha yaxşı olduğunu, dincəlmək üçün məhz bura üz tutduqlarını bildiriblər. Maraqlıdır, fotosu yayılan layihə təsdiqlənibmi, aidiyyəti qurumlar bu narahatlığa necə son qoya bilər? Ötən ilin mayın 5-də ölkə başçısı Mərkəzi Nəbatət Bağının ərazisində abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb. Bundan sonra bağın təmirinə başlanılıb. Mərkəzi Nəbatət Bağının direktoru Natiq Allahverdiyev Sputnik Azərbaycan-a açıqlamasında sosial şəbəkələrdə yayılan məlumatdan, bu fotolardan xəbərdar olmadığını bildirib:"Biz təbiətlə bağlı üzərimizə düşən öhdəlikləri icra edirik", - deyə o əlavə edib. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.Qurumdan bildirildi ki, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Mərkəzi Nəbatət Bağı ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılır:Xatırladaq ki, Milli Elmlər Akademiyası Mərkəzi Nəbatət Bağının abadlaşdırma işlərinin satın alınması üzrə 99 879 manatlıq tenderin qalibi "Turbo Service" MMC olub. Lakin tender qalibi haqda internet resursları üzərində hər hansı məlumat yoxdur. Ölkə başçısının ötən il imzaladığı Sərəncamda qeyd olunur ki, Mərkəzi Nəbatət Bağı mühüm təbiət abidəsi kimi, ekoloji təmizliyin qorunması, təbiətin mühafizəsi və əhalinin bütün təbəqələri üçün elmi araşdırma, tədris və maarifləndirmə baxımından əhəmiyyətli rola malikdir. Burada dünyanın müxtəlif iqlim zonalarından toplanan canlı bitki kolleksiyaları yalnız bitkilərin mühafizəsi məqsədilə deyil, həm də ölkədə bu sahədə elmi tədqiqatların davamlı inkişafına xidmət edir. Prezident İlham Əliyevin Mərkəzi Nəbatət Bağının müasir estetik görünüşünün bərpa edilməsi üçün abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsinə və zəruri quruculuq işlərinin aparılmasına dövlət dəstəyinin artırılması məqsədilə verilən qərarında qeyd olunur ki, adı çəkilən bağda abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 25,0 (iyirmi beş) milyon manat ayrılsın, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.Mövzunu diqqətdə saxlayacağıq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/16/424993485_131:0:2862:2048_1920x0_80_0_0_acc179228ea83c0584b976bd2287ca0f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
təmir, mərkəzi nəbatat bağı, sosial şəbəkə istifadəçiləri
təmir, mərkəzi nəbatat bağı, sosial şəbəkə istifadəçiləri
Botanika, yoxsa "betonika" - Nəbatət Bağı hansı istiqamətdə dəyişəcək - FOTO
20:45 24.01.2023 (Yenilənib: 21:38 24.01.2023) Qurumun rəhbərliyi sosial şəbəkələrdə yayılan məlumatlardan, fotolardan xəbərdar olmadığını, BŞİH isə yayılan şəkillərin ayrı-ayrı müəlliflər tərəfindən ilkin olaraq təqdim olunan və təsdiq olunmayan bir çox layihələrdən olduğunu deyir.
BAKI, 24 yanvar — Sputnik. Son günlər sosial şəbəkədə Mərkəzi Nəbatət (Botanika) Bağı üçün hazırlanan yeni layihənin fotosu rezonansa səbəb olub. Sosial şəbəkə istifadəçiləri tərəfindən layihə ilə bağlı yayılan foto böyük qınaqla qarşılanıb. Qınağa səbəb əsas amil isə layihədə ağacların demək olar ki, yox səviyyəsində olmasıdır. Göündüyü kimi, artıq bir neçə gündür ki, bu məsələ əhali arasında ən həssas mövzulardan birinə çevrilib, bir çoxları ağacların yox səviyyəsində olmasına görə "son layihə" olaraq irəli sürülən versiyanı qəbul etməkdən imtina ediblər. Onlar bağın təmirdən öncəki vəziyyətinin daha yaxşı olduğunu, dincəlmək üçün məhz bura üz tutduqlarını bildiriblər.
Maraqlıdır, fotosu yayılan layihə təsdiqlənibmi, aidiyyəti qurumlar bu narahatlığa necə son qoya bilər?
Ötən ilin mayın 5-də ölkə başçısı Mərkəzi Nəbatət Bağının ərazisində abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb. Bundan sonra bağın təmirinə başlanılıb.
Mərkəzi Nəbatət Bağının direktoru Natiq Allahverdiyev Sputnik Azərbaycan-a açıqlamasında sosial şəbəkələrdə yayılan məlumatdan, bu fotolardan xəbərdar olmadığını bildirib:
"Hamı deyir, işçilər də yayılan fotodan danışır, lakin burda olmadığım üçün heç fotolara da baxmamışam. Dəyişikliklərlə, tenderlə bağlı hansısa məlumatım yoxdur. Bununla bağlı sualları Bakı Şəhər İcra Hakmiyyəti cavablaya bilər".
"Biz təbiətlə bağlı üzərimizə düşən öhdəlikləri icra edirik", - deyə o əlavə edib.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Qurumdan bildirildi ki, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Mərkəzi Nəbatət Bağı ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılır:
"Bildiririk ki, ağacların sayının azaldılması ilə bağlı yayılan məlumatlar da həqiqəti əks etdirmir, əksinə orada mövcud olan yaşıllığın qorunub saxlanılması ilə yanaşı, ölkə başçısının tapşırıqlarına uyğun olaraq ərazidə sökülən çoxsaylı qanunsuz tikintilərin yerində yeni ağacların əkilməsi nəzərdə tutulub. Yeni qurulacaq bağa dair yayılan şəkillər isə ayrı-ayrı müəlliflər tərəfindən ilkin olaraq təqdim olunan və təsdiq olunmayan bir çox layihələrdən biridir".
Xatırladaq ki, Milli Elmlər Akademiyası Mərkəzi Nəbatət Bağının abadlaşdırma işlərinin satın alınması üzrə 99 879 manatlıq tenderin qalibi "Turbo Service" MMC olub. Lakin tender qalibi haqda internet resursları üzərində hər hansı məlumat yoxdur.
Ölkə başçısının ötən il imzaladığı Sərəncamda qeyd olunur ki, Mərkəzi Nəbatət Bağı mühüm təbiət abidəsi kimi, ekoloji təmizliyin qorunması, təbiətin mühafizəsi və əhalinin bütün təbəqələri üçün elmi araşdırma, tədris və maarifləndirmə baxımından əhəmiyyətli rola malikdir. Burada dünyanın müxtəlif iqlim zonalarından toplanan canlı bitki kolleksiyaları yalnız bitkilərin mühafizəsi məqsədilə deyil, həm də ölkədə bu sahədə elmi tədqiqatların davamlı inkişafına xidmət edir.
Prezident İlham Əliyevin Mərkəzi Nəbatət Bağının müasir estetik görünüşünün bərpa edilməsi üçün abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsinə və zəruri quruculuq işlərinin aparılmasına dövlət dəstəyinin artırılması məqsədilə verilən qərarında qeyd olunur ki, adı çəkilən bağda abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 25,0 (iyirmi beş) milyon manat ayrılsın, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
Mövzunu diqqətdə saxlayacağıq.