https://sputnik.az/20230123/rusiya-xn-abs-in-yeni-sefiri-linn-treysi-yaxin-gunlerde-rusiyaya-gedecek-450930526.html
Rusiya XİN: ABŞ-ın yeni səfiri Linn Treysi yaxın günlərdə Rusiyaya gedəcək
Rusiya XİN: ABŞ-ın yeni səfiri Linn Treysi yaxın günlərdə Rusiyaya gedəcək
Sputnik Azərbaycan
Keçən il ABŞ Senatı Dövlət Departamentinin əməkdaşı Linn Treysini ölkənin Rusiyadakı səfiri vəzifəsinə təsdiq edib. 23.01.2023, Sputnik Azərbaycan
2023-01-23T13:15+0400
2023-01-23T13:15+0400
2023-01-23T17:37+0400
sergey ryabkov
rusiya
səfir
abş səfirliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0a/438012944_0:0:3005:1691_1920x0_80_0_0_615cda7ec542d9a2df6a5f992c69fb66.jpg
BAKI, 23 yanvar — Sputnik. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, ABŞ-ın yeni səfiri Linn Treysi yaxın günlərdə Moskvaya gedəcək. Bu barədə o, TASS-a müsahibəsində bildirib. "Yaxın günlərdə", - deyə diplomat müvafiq suala cavab verib. Yanvarın 13-də Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel də ABŞ-ın yeni səfirinin yaxın günlərdə Moskvaya gedəcəyini bildirib. 21 dekabr 2022-ci ildə ABŞ Senatı Dövlət Departamentinin əməkdaşı Linn Treysini ölkənin Rusiyadakı səfiri vəzifəsinə təsdiq edib. Ryabkov bildirib ki, Moskvada bu namizədlik təsdiqlənib. Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays qeyd edib ki, Treysi Rusiya hakimiyyəti ilə viza verilməsinin bərpası imkanları üzərində işləyəcək. Diplomat belə bir nəticənin hər iki ölkənin maraqlarına uyğun olacağını qeyd edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0a/438012944_0:0:2731:2048_1920x0_80_0_0_462e2cd0015b04433b0e0923971f128a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sergey ryabkov, səfir, abş səfirliyi
sergey ryabkov, səfir, abş səfirliyi
Rusiya XİN: ABŞ-ın yeni səfiri Linn Treysi yaxın günlərdə Rusiyaya gedəcək
13:15 23.01.2023 (Yenilənib: 17:37 23.01.2023) Keçən il ABŞ Senatı Dövlət Departamentinin əməkdaşı Linn Treysini ölkənin Rusiyadakı səfiri vəzifəsinə təsdiq edib.
BAKI, 23 yanvar — Sputnik. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, ABŞ-ın yeni səfiri Linn Treysi yaxın günlərdə Moskvaya gedəcək. Bu barədə o, TASS-a müsahibəsində bildirib.
"Yaxın günlərdə", - deyə diplomat müvafiq suala cavab verib.
Yanvarın 13-də Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel də ABŞ-ın yeni səfirinin yaxın günlərdə Moskvaya gedəcəyini bildirib.
21 dekabr 2022-ci ildə ABŞ Senatı Dövlət Departamentinin əməkdaşı Linn Treysini ölkənin Rusiyadakı səfiri vəzifəsinə təsdiq edib. Ryabkov bildirib ki, Moskvada bu namizədlik təsdiqlənib.
Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays qeyd edib ki, Treysi Rusiya hakimiyyəti ilə viza verilməsinin bərpası imkanları üzərində işləyəcək. Diplomat belə bir nəticənin hər iki ölkənin maraqlarına uyğun olacağını qeyd edib.