Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Orexovda ukraynalı diversantlar məhv edildi

© AP Photo / LIBKOSukraynalı
ukraynalı - Sputnik Azərbaycan, 1920, 22.01.2023
Abunə olmaq
Roqov qeyd edib ki, bu ərazilərdə aktiv hərbi əməliyyatlar aparılır, təşəbbüs isə Rusiyanın əlindədir.
BAKI, 22 yanvar - Sputnik. Rusiya hərbçiləri təmas xəttinin Zaporojye hissəsində iki istiqamətdə - Orexov və Qulyaypole şəhərləri ərazisində hücum əməliyyatları aparır.
Bu barədə "Biz Rusiya ilə birlikdəyik" hərəkatının sədri Vladimir Roqov məlumat verib.
"Cəbhə Xüsusilə iki istiqamətdə hərəkətlidir — bunlar hələ də Ukrayna qoşunlarının müvəqqəti işğalı altında olan — Orexov və Qulyaypoledir", - deyə Roqov bildirib.
O, qeyd edib ki, bu ərazilərdə aktiv hərbi əməliyyatlar aparılır, təşəbbüs isə Rusiyanın əlindədir.
Bu yaxınlarda Roqov bildirib ki, Rusiya qüvvələrinin Zaporojye istiqamətində hücumu nəticəsində bir sıra yaşayış məntəqələri azad edilib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin (USQ) Zaporojye istiqamətində qruplaşmasının itkilərinin miqyası Ukraynanın Artyomovsk vilayətindəki itkiləri ilə müqayisə olunur.
O, həmçinin Zaporojye vilayətində bir qrup ukraynalı diversantın məhv edildiyini bildirib.
"Bir qrup ukraynalı diversant artilleriyamız tərəfindən mühasirəyə alınıb və Orexov şəhəri ərazisində məhv edilib", - deyə Roqov əlavə edib.
Xəbər lenti
0