Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vyanada Rusiyaya qarşı sanksiyaların ləğvinə dəstək aksiyası keçirilib

© Sputnik / Ekaterina Prokofieva / Mediabanka keçidVyanada aksiya zamanı polis əməkdaşları, arxiv şəkli
Vyanada aksiya zamanı polis əməkdaşları, arxiv şəkli  - Sputnik Azərbaycan, 1920, 21.01.2023
Abunə olmaq
Aksiyada çıxış edənlər ABŞ-ın təkcə Rusiyaya deyil, digər ölkələrə də sanksiyalar tətbiq etdiyini bəyan ediblər.
BAKI, 21 yanvar - Sputnik. Şənbə günü Vyanada Rusiyaya qarşı sanksiyaların ləğvinə dəstək aksiyası keçirilib. RİA Novosti müxbirinin hadisə yerindən verdiyi məlumata görə, aksiyada bir neçə yüz nəfər iştirak edib.
Tədbir iştirakçıları elektrik enerjisi və qazın qiymətlərini aşağı salmağa, Avstriyanın neytrallığını qorumağa və Rusiyaya qarşı sanksiyaları ləğv etməyə çağırıblar.

“Putin bizə qaz və xammal satardı, lakin Aİ bunu sanksiyalar və embarqolar vasitəsilə qadağan edib. Eyni zamanda, Aİ davamlı olaraq “müqəddəs inək” olan azad ticarət hüququndan danışır. Amma bu hüquq, görünür, yalnız ABŞ və onun müttəfiqləri ilə ticarət əlaqələrinə aiddir", - deyə aksiya iştirakçıları bildiriblər.

Mitinqdə çıxış edənlərin fikrincə, ABŞ təkcə Rusiyaya deyil, digər ölkələrə də sanksiyalar tətbiq edir.
Bütün bunlar hər yerdə daha yüksək inflyasiyaya və yaşayış dəyərinin artmasına gətirib çıxarır:
“Avstriya bu iqtisadi müharibədə iştirak edir, Rusiyadan ucuz boru kəməri qazı əvəzinə biz ABŞ-dan 3 dəfə baha olan sıxılmış maye qaz almağa məcbur oluruq ki, bu da ətraf mühitə daha çox ziyan vurur”, - deyə aksiya iştirakçıları bildiriblər.
Onlar həmçinin qeyd ediblər ki, Avropa ilə Rusiya arasında parçalanma yalnız ABŞ-ın maraqlarına uyğundur, onun uzunmüddətli məqsədi “Rusiya Federasiyasının məhv edilməsi”dir.
İştirakçıların fikrincə, məhz ABŞ Ukraynada nəinki “faciəni təhrik edib”, həm də danışıqlar cəhdlərinin qarşısını almaq və Kiyevi silahla təmin etməklə “onu qəsdən dartıb çıxarıb”.
Aksiya iştirakçıları əllərində “İşığın və qazın qiymətlərini aşağı salın”, “Milyardlarla super gəliri bizə qaytarın”, “Neytrallıq naminə” yazıları olan plakatlar tutublar.
Çoxları əllərində Avstriya və Rusiya bayraqlarını daşıyırdılar. Qərb Ukraynaya görə Rusiyaya qarşı sanksiya təzyiqlərini artırıb.
Rusiya prezidenti Vladimir Putin bundan əvvəl bəyan etmişdi ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.
Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, Rusiya Qərbin onun üçün yaratdığı bütün problemləri həll edəcək.
Xəbər lenti
0