Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya "taxıl saziş"inə dair yoxlamaların gecikdirilməsi ittihamlarını rədd edir -XİN

© AFP 2024 / ALEXANDER NEMENOVRusiya XİN binası, arxiv şəkli
Rusiya XİN binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.01.2023
Abunə olmaq
Sənəddə hazırda Ukrayna limanlarında və yoxlama zonalarında 64 gəminin dayandığı və onların yoxlanılması üçün prioritetlərin siyahısının Ukrayna tərəfindən formalaşdırıldığı qeyd olunur.
BAKI, 21 yanvar - Sputnik. Rusiya "taxıl sövdələşməsi" çərçivəsində gəmilərin təftişinin süni şəkildə gecikdirilməsi ilə bağlı ittihamları rədd edir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Sənəddə bildirilir ki, yoxlamaların və keçidlərin siyahısını Ukrayna tərəfi formalaşdırır.

“Biz həmçinin Türkiyənin ərazi sularında 100-dən çox təşəbbüsə qoşuldmuş gəminin olduğu iddia edilən, eləcə də orta gözləmə müddəti 21 gün olan BMT-nin press-relizindəki məlumatları təsdiq etmirik", - deyə açıqlamada bildirilir.

Qeyd olunur ki, hazırda Ukrayna limanlarında və yoxlama zonalarında 64 gəmi dayanıb:
"Onların yoxlanılması və keçməsi üçün prioritetlərin siyahısını Ukrayna tərəfi formalaşdırır. Rusiya nümayəndələri buna heç bir şəkildə təsir göstərmirlər”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin saytında BMT Katibliyinin Qara Dəniz Təşəbbüsü ilə bağlı media üçün dərc etdiyi məlumata dair şərhdə deyilir.
Xəbər lenti
0