Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

RT France telekanalı hesabların bloklanması üzündən fəaliyyətini dayandırıb - baş redaktor

© Sputnik / Валерий Мельников / Mediabanka keçidRT France kanalının baş redaktoru Kseniya Fyodorova
RT France kanalının baş redaktoru Kseniya Fyodorova - Sputnik Azərbaycan, 1920, 21.01.2023
Abunə olmaq
Telekanalın hesabları Fransa İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Xəzinədarlıq Baş İdarəsinin tələbi ilə dondurulub.
BAKI, 21 yanvar - Sputnik. RT France kanalının baş redaktoru Kseniya Fyodorova hesabların bloklanması səbəbindən kanalın fəaliyyətini dayandırdığını açıqlayıb. TASS yazır ki, bu barədə o, şənbə günü öz Tvitter səhifəsində məlumat verib.
© Sputnik / Виталий Белоусов / Mediabanka keçidRT France
Визит главы МИД РФ С. Лаврова во Францию - Sputnik Azərbaycan, 1920, 21.01.2023
RT France

"Telekanalın hesabları Fransanın İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Xəzinədarlıq Baş İdarəsinin tələbi ilə dondurulub. Kanalımız artıq fəaliyyətini davam etdirə bilməz”, - Fedorova yazıb.

Rusiyanın Fransadakı səfirliyindən RİA Novosti-yə açıqlamada bildirib ki, Avropanın bütün fransızdilli əhalisi yüksək keyfiyyətli və etibarlı məlumat mənbəyini itirərək RT France kanalının təqiblərindən əziyyət çəkəcək.
“Biz əminik ki, bu vəziyyətdə əsas uduzanlar keyfiyyətli və etibarlı məlumat mənbəyinə çıxışdan məhrum olan Fransa və Avropanın digər fransızdilli ölkələrinin əhalisidir”, - deyə diplomatik nümayəndəlikdən məlumat verilib.
Səfirlik onu da qeyd edib ki, Fransa bankının RT France-ın hesablarını dondurmaq qərarı telekanalda işləyən fransızların hüquqlarını pozur.
"Bu qərarın RT France-da çalışan, öz hakimiyyətlərinin tələbi ilə bu çətin zamanlarda küçələrə atılacaq Fransa vətəndaşlarına da zərər verməsi ikiqat rüsvayçılıqdır. Şübhə etmək üçün əsas var ki, təşəbbüskarlar RT Fransanın təqibi ilə məşğul olacaqlar", - deyə Səfirlikdən bildiriblər.
Səfirlik həmçinin RT France bütün dünyada fransızdilli auditoriyaların xeyrinə fransız dilində yayımını davam etdirəcəyinə ümid etdiyini bildirib.
Bir qədər əvvəl RT France-ın rəhbəri Kseniya Fyodorova bir müddət əvvəl Fransada redaksiyanın hesablarının bloklandığını və bankın bunu Rusiyaya qarşı Rusiyaya qarşı qəbul edilmiş doqquzuncu sanksiyalar paketi ilə əlaqədar hakimiyyətin əmri ilə etdiklərini bildirmişdi.
Xəbər lenti
0