https://sputnik.az/20230121/rt-france-hesablarinin-bloklanmasina-qarsi-cavab-tedbirleri-gorulecek---xn-450884293.html
"RT France" hesablarının bloklanmasına qarşı cavab tədbirləri görüləcək - XİN
"RT France" hesablarının bloklanmasına qarşı cavab tədbirləri görüləcək - XİN
Sputnik Azərbaycan
RT France-ın rəhbəri Kseniya Fyodorova bir müddət əvvəl Fransada redaksiyanın hesablarının bloklandığını və qurumun Fransada işləmək hüququna malik olmasına... 21.01.2023, Sputnik Azərbaycan
2023-01-21T13:28+0400
2023-01-21T13:28+0400
2023-01-21T13:30+0400
rusiya
fransa
bank hesabı
blok
kiv
tədbir
xin
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442370147_0:0:3072:1728_1920x0_80_0_0_a9736b3f82d37fe59187bef06ef31827.jpg
BAKI, 21 yanvar - Sputnik. Moskva "RT France" hesablarının bloklanmasına cavab verəcək. Bu barədə RİA Novosti Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər yayıb.Məlumatda bildirilir ki, Rusiyadakı Fransa mediasına qarşı cavab tədbirləri görüləcəkMəlumatda qeyd olunur ki, "Fransa hakimiyyəti rusiyalı jurnalistlərə qarşı terroru dayandırmasa", görüləcək cavab tədbirləri uzun müddət "onların xatirində qalacaq".Rusiyanın Fransadakı səfirliyindən RİA Novosti-yə açıqlamada bildirib ki, Avropanın bütün fransızdilli əhalisi yüksək keyfiyyətli və etibarlı məlumat mənbəyini itirərək RT France kanalının təqiblərindən əziyyət çəkəcək.“Biz əminik ki, bu vəziyyətdə əsas uduzanlar keyfiyyətli və etibarlı məlumat mənbəyinə çıxışdan məhrum olan Fransa və Avropanın digər fransızdilli ölkələrinin əhalisidir”, - deyə diplomatik nümayəndəlikdən məlumat verilib.Səfirlik onu da qeyd edib ki, Fransa bankının RT France-ın hesablarını dondurmaq qərarı telekanalda işləyən fransızların hüquqlarını pozur.Səfirlik həmçinin RT France bütün dünyada fransızdilli auditoriyaların xeyrinə fransız dilində yayımını davam etdirəcəyinə ümid etdiyini bildirib.Bir qədər əvvəl RT France-ın rəhbəri Kseniya Fyodorova bir müddət əvvəl Fransada redaksiyanın hesablarının bloklandığını və bankın bunu Rusiyaya qarşı Rusiyaya qarşı qəbul edilmiş doqquzuncu sanksiyalar paketi ilə əlaqədar hakimiyyətin əmri ilə etdiklərini bildirmişdi.Onun sözlərinə görə, RT France-ın sanksiyalar siyahısında görünməməsinə və Fransada işləmək hüququna malik olmasına baxmayaraq, belə bir qərar faktiki olaraq medianın işini iflic edir.Mart ayında Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra Avropa Komissiyası RT France siqnalının və Sputnik France radiosunun ötürülməsinə qadağa qoyub.Qısa müddət sonra Fransanın media tənzimləyicisi olan Arcom bu media qurumlarının Fransada yayımının dərhal dayandırıldığını elan edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442370147_341:0:3072:2048_1920x0_80_0_0_7812a0c2fb4670b8bbfbf993b9344ee4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fransa, bank hesabı, blok, kiv, tədbir, xin
fransa, bank hesabı, blok, kiv, tədbir, xin
"RT France" hesablarının bloklanmasına qarşı cavab tədbirləri görüləcək - XİN
13:28 21.01.2023 (Yenilənib: 13:30 21.01.2023) RT France-ın rəhbəri Kseniya Fyodorova bir müddət əvvəl Fransada redaksiyanın hesablarının bloklandığını və qurumun Fransada işləmək hüququna malik olmasına baxmayaraq, belə bir qərarın faktiki olaraq medianın işini iflic etdiyini dilə gətirib.
BAKI, 21 yanvar - Sputnik. Moskva "RT France" hesablarının bloklanmasına cavab verəcək. Bu barədə RİA Novosti Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər yayıb.
Məlumatda bildirilir ki, Rusiyadakı Fransa mediasına qarşı cavab tədbirləri görüləcək
"RT France hesablarının bloklanması Rusiyadakı fransız mediasına qarşı cavab tədbirlərinə səbəb olacaq", - deyə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunur.
Məlumatda qeyd olunur ki, "Fransa hakimiyyəti rusiyalı jurnalistlərə qarşı terroru dayandırmasa", görüləcək cavab tədbirləri uzun müddət "onların xatirində qalacaq".
Rusiyanın Fransadakı səfirliyindən RİA Novosti-yə açıqlamada bildirib ki, Avropanın bütün fransızdilli əhalisi yüksək keyfiyyətli və etibarlı məlumat mənbəyini itirərək RT France kanalının təqiblərindən əziyyət çəkəcək.
“Biz əminik ki, bu vəziyyətdə əsas uduzanlar keyfiyyətli və etibarlı məlumat mənbəyinə çıxışdan məhrum olan Fransa və Avropanın digər fransızdilli ölkələrinin əhalisidir”, - deyə diplomatik nümayəndəlikdən məlumat verilib.
Səfirlik onu da qeyd edib ki, Fransa bankının RT France-ın hesablarını dondurmaq qərarı telekanalda işləyən fransızların hüquqlarını pozur.
"Bu qərarın RT France-da çalışan, öz hakimiyyətlərinin tələbi ilə bu çətin zamanlarda küçələrə atılacaq Fransa vətəndaşlarına da zərər verməsi ikiqat rüsvayçılıqdır. Şübhə etmək üçün əsas var ki, təşəbbüskarlar RT Fransanın təqibi ilə məşğul olacaqlar", - deyə Səfirlikdən bildiriblər.
Səfirlik həmçinin RT France bütün dünyada fransızdilli auditoriyaların xeyrinə fransız dilində yayımını davam etdirəcəyinə ümid etdiyini bildirib.
Bir qədər əvvəl RT France-ın rəhbəri Kseniya Fyodorova bir müddət əvvəl Fransada redaksiyanın hesablarının bloklandığını və bankın bunu Rusiyaya qarşı Rusiyaya qarşı qəbul edilmiş doqquzuncu sanksiyalar paketi ilə əlaqədar hakimiyyətin əmri ilə etdiklərini bildirmişdi.
Onun sözlərinə görə, RT France-ın sanksiyalar siyahısında görünməməsinə və Fransada işləmək hüququna malik olmasına baxmayaraq, belə bir qərar faktiki olaraq medianın işini iflic edir.
Mart ayında Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra Avropa Komissiyası RT France siqnalının və Sputnik France radiosunun ötürülməsinə qadağa qoyub.
Qısa müddət sonra Fransanın media tənzimləyicisi olan Arcom bu media qurumlarının Fransada yayımının dərhal dayandırıldığını elan edib.