https://sputnik.az/20230119/kiyeve-silah-tedaruku-yaxsi-hec-ne-ved-etmir---peskov-450831890.html
Kiyevə silah tədarükü yaxşı heç nə vəd etmir - Peskov
Kiyevə silah tədarükü yaxşı heç nə vəd etmir - Peskov
Sputnik Azərbaycan
Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə imkan verəcək silahlarla təmin edilməsi yolverilməzdir və son dərəcə təhlükəlidir. 19.01.2023, Sputnik Azərbaycan
2023-01-19T19:45+0400
2023-01-19T19:45+0400
2023-01-19T19:45+0400
peskov
rusiya
dmitri peskov
vladimir putinin köməkçisi dmitri peskov
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e7/01/0b/450563719_0:131:3177:1918_1920x0_80_0_0_487221ed9e745495081ed4af0734b3dd.jpg
BAKI, 19 yanvar — Sputnik. Rusiya ərazisinə zərbələr endirmək üçün Ukraynaya silah tədarükü ilə bağlı müzakirələr son dərəcə təhlükəlidir. Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. "Əlbəttə, Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə imkan verəcək silahlarla təmin edilməsi yolverilməzdir və son dərəcə təhlükəlidir", - Kreml sözçüsü bildirib. Eyni zamanda, o qeyd edib ki, Ukraynanın artıq belə silahları var, "onun köməyi ilə daima Rusiya ərazisinə zərbələr endirir". "Mən yeni əraziləri nəzərdə tuturam", - deyə prezidentin mətbuat katibi izah edib. Peskov Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun Rusiya Silahlı Qüvvələrinin ölkə ərazisinə, o cümlədən Krıma hücumlarını cavabsız qoymayacağı ilə bağlı açıqlamasının Moskvanın rəsmi mövqeyini əks etdirib-etdirməməsi ilə bağlı suala müsbət cavab verib. "Əlbəttə, bu, bizim mövqeyimizi əks etdirir", - deyən Kreml sözçüsü "Antonov Rusiya Federasiyasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiridir" deyə vurğulayıb. "Necə ola bilər ki, bu, ölkəmizin və prezidentin mövqeyini əks etdirməsin?" - dövlət başçısının mətbuat katibi təəccübləndi. O, həmçinin vurğulayıb ki, Kiyevə Rusiyaya zərbələr endirmək üçün silah tədarükü münaqişəni yeni mərhələyə çatdırmaq deməkdir. "Bu, münaqişənin yeni səviyyəyə çıxarılması demək olacaq, bu, təbii ki, qlobal ümumavropa təhlükəsizliyi baxımından yaxşı heç nə vəd etməyəcək", - deyə Peskov bildirib. Ukraynada nə baş verir? Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub. Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/0b/450563719_223:0:2954:2048_1920x0_80_0_0_f3d93260c5be5510ad13d05119d46d2a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
peskov, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, rusiya prezidenti vladimir putin
peskov, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, rusiya prezidenti vladimir putin
Kiyevə silah tədarükü yaxşı heç nə vəd etmir - Peskov
Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə imkan verəcək silahlarla təmin edilməsi yolverilməzdir və son dərəcə təhlükəlidir.
BAKI, 19 yanvar — Sputnik. Rusiya ərazisinə zərbələr endirmək üçün Ukraynaya silah tədarükü ilə bağlı müzakirələr son dərəcə təhlükəlidir. Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Əlbəttə, Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə imkan verəcək silahlarla təmin edilməsi yolverilməzdir və son dərəcə təhlükəlidir", - Kreml sözçüsü bildirib.
Eyni zamanda, o qeyd edib ki, Ukraynanın artıq belə silahları var, "onun köməyi ilə daima Rusiya ərazisinə zərbələr endirir".
"Mən yeni əraziləri nəzərdə tuturam", - deyə prezidentin mətbuat katibi izah edib.
Peskov Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun Rusiya Silahlı Qüvvələrinin ölkə ərazisinə, o cümlədən Krıma hücumlarını cavabsız qoymayacağı ilə bağlı açıqlamasının Moskvanın rəsmi mövqeyini əks etdirib-etdirməməsi ilə bağlı suala müsbət cavab verib. "Əlbəttə, bu, bizim mövqeyimizi əks etdirir", - deyən Kreml sözçüsü "Antonov Rusiya Federasiyasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiridir" deyə vurğulayıb.
"Necə ola bilər ki, bu, ölkəmizin və prezidentin mövqeyini əks etdirməsin?" - dövlət başçısının mətbuat katibi təəccübləndi.
O, həmçinin vurğulayıb ki, Kiyevə Rusiyaya zərbələr endirmək üçün silah tədarükü münaqişəni yeni mərhələyə çatdırmaq deməkdir.
"Bu, münaqişənin yeni səviyyəyə çıxarılması demək olacaq, bu, təbii ki, qlobal ümumavropa təhlükəsizliyi baxımından yaxşı heç nə vəd etməyəcək", - deyə Peskov bildirib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.