https://sputnik.az/20230119/azerbaycan-rusiya-regionundan-taxil-idxali-uzre-lider-oldu-450797136.html
Azərbaycan Rusiya regionundan taxıl idxalı üzrə lider oldu
Azərbaycan Rusiya regionundan taxıl idxalı üzrə lider oldu
Sputnik Azərbaycan
Rusiyanın Stavropol diyarından Avropa ölkələrinə taxıl tədarükünün həcmi nəzərəçarpacaq dərəcədə azalıb. 19.01.2023, Sputnik Azərbaycan
2023-01-19T08:33+0400
2023-01-19T08:33+0400
2023-01-19T08:33+0400
rusiya
rusiya
azərbaycan
taxıl
idxal
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445332647_0:213:2886:1836_1920x0_80_0_0_c15df006eee0d6e4be6d7bbb8e97bf5e.jpg
BAKI, 19 yanvar — Sputnik. Azərbaycan 2022-ci ildə Rusiyanın Stavropol diyarından 375 min ton taxıl idxal edib və bununla da həmin bölgənin bir nömrəli idxalçısı olub. Bu barədə "Rosselxoznadzor"un Şimali Qafqaz Regionlararası İdarəsinin hesabatında deyilir. Sənəddə qeyd edilir ki, ötən il taxılın böyük hissəsinin (qarğıdalı, buğda, noxud, arpa, yulaf, darı) Azərbaycana göndərilməsinə baxmayaraq, ümumilikdə ölkəyə məhsul tədarükü 24% azalıb. Hesabata görə, Stavropol diyarından Avropa ölkələrinə taxıl tədarükünün həcmi nəzərəçarpacaq dərəcədə azalıb.Almaniyaya xardal və noxud ixracı 2021-ci ildəki 888 tonla müqayisədə 2022-ci ildə 416 ton azalıb. Latviyaya tədarüklər 2022-ci ildə 192 tona qədər azalıb (2021-ci ildə 2166 ton olub). Eyni zamanda, Yaxın Şərq ölkələri Stavropol məhsullarının alış həcmini artırır. Məsələn, Türkiyə Stavropol diyarından ilk dəfə olaraq 104 ton noxud, buğda və qarğıdalı idxal edib.Əfqanıstana 3,516 min ton noxud, mərcimək, kətan toxumu və noxud (76% artıb), İraqa 3,259 min ton yulaf, buğda və arpa (79% artıb), İrana isə 4,782 min ton noxud, kətan toxumu, qarğıdalı, arpa, mərcimək və darı (96% artıb) göndərilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445332647_78:0:2809:2048_1920x0_80_0_0_b226c1247faf0d37d31b3fb88d43b22f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
rusiya, azərbaycan, taxıl, idxal
rusiya, azərbaycan, taxıl, idxal
Azərbaycan Rusiya regionundan taxıl idxalı üzrə lider oldu
Rusiyanın Stavropol diyarından Avropa ölkələrinə taxıl tədarükünün həcmi nəzərəçarpacaq dərəcədə azalıb.
BAKI, 19 yanvar — Sputnik. Azərbaycan 2022-ci ildə Rusiyanın Stavropol diyarından 375 min ton taxıl idxal edib və bununla da həmin bölgənin bir nömrəli idxalçısı olub. Bu barədə "Rosselxoznadzor"un Şimali Qafqaz Regionlararası İdarəsinin hesabatında deyilir.
Sənəddə qeyd edilir ki, ötən il taxılın böyük hissəsinin (qarğıdalı, buğda, noxud, arpa, yulaf, darı) Azərbaycana göndərilməsinə baxmayaraq, ümumilikdə ölkəyə məhsul tədarükü 24% azalıb.
Hesabata görə, Stavropol diyarından Avropa ölkələrinə taxıl tədarükünün həcmi nəzərəçarpacaq dərəcədə azalıb.
Almaniyaya xardal və noxud ixracı 2021-ci ildəki 888 tonla müqayisədə 2022-ci ildə 416 ton azalıb. Latviyaya tədarüklər 2022-ci ildə 192 tona qədər azalıb (2021-ci ildə 2166 ton olub).
Eyni zamanda, Yaxın Şərq ölkələri Stavropol məhsullarının alış həcmini artırır. Məsələn, Türkiyə Stavropol diyarından ilk dəfə olaraq 104 ton noxud, buğda və qarğıdalı idxal edib.
Əfqanıstana 3,516 min ton noxud, mərcimək, kətan toxumu və noxud (76% artıb), İraqa 3,259 min ton yulaf, buğda və arpa (79% artıb), İrana isə 4,782 min ton noxud, kətan toxumu, qarğıdalı, arpa, mərcimək və darı (96% artıb) göndərilib.