Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ATƏT sürətlə öz prinsiplərindən uzaqlaşır - Rusiya XİN başçısı

© Sputnik / Murad OrujovSergey Lavrov
Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 19.01.2023
Abunə olmaq
Rusiyanın xarici işlər naziri bildirib ki, bütün öhdəliklər qərbli həmkarlarımız tərəfindən pozulub.
BAKI, 19 yanvar — Sputnik. ATƏT sürətlə və açıq şəkildə deqradasiyaya uğrayır, getdikcə öz prinsiplərindən uzaqlaşır.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Helsinki Yekun Aktında, o cümlədən təşkilatın sonrakı sammitlərinin sənədlərində təsbit olunmuş yüksək prinsiplərdən getdikcə daha da uzaqlaşır. Mən bərabər bölünməz təhlükəsizlik prinsipləri və hərbi-siyasi təhlükəsizliyə dair sənədləri xüsusilə qeyd edəcəyəm", - deyə o bildirib.
Nazir xatırladıb ki, 1999-cu ildə İstanbulda, 2020-ci ildə isə Astanada ATƏT-in sammitlərində iştirakçı dövlətlərin liderləri imza atıblar ki, "heç bir ölkə başqalarının təhlükəsizliyini pozmaq hesabına öz təhlükəsizliyini gücləndirməyəcək və heç bir ölkə bu regionda hərbi-siyasi təhlükəsizlik sahəsində dominantlıq iddiasında olmayacaq.
"Bütün bu öhdəliklər qərbli həmkarlarımız tərəfindən pozulub", - Lavrov yekunlaşdırıb.
Xəbər lenti
0