https://sputnik.az/20230119/antonov-abs-kiyevi-rusiyada-terror-aktlari-heyata-kecirmeye-sovq-edir-450819864.html
Antonov: ABŞ Kiyevi Rusiyada terror aktları həyata keçirməyə sövq edir
Antonov: ABŞ Kiyevi Rusiyada terror aktları həyata keçirməyə sövq edir
Sputnik Azərbaycan
Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bu barədə müvafiq bəyanatla çıxış edib. 19.01.2023, Sputnik Azərbaycan
2023-01-19T12:45+0400
2023-01-19T12:45+0400
2023-01-19T12:45+0400
anatoli antonov
rusiya
abş
xarici işlər nazirliyi
co bayden
https://cdnn1.img.sputnik.az/img/41153/37/411533728_0:0:2785:1566_1920x0_80_0_0_e6e56f84eb6c68b12be163d998d782ba.jpg
BAKI, 19 yanvar — Sputnik. ABŞ Dövlət Departamenti Krımla bağlı açıqlamaları ilə əslində Ukrayna hakimiyyətini Rusiya ərazisində terror aktları törətməyə sövq edir. TASS xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov müvafiq bəyanatla çıxış edib. Diplomat, beləliklə, ABŞ Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ned Praysın Ukrayna Silahlı Qüvvələrinin Amerika silahlarından istifadə etməklə yarımadaya zərbə endirməsinin faktiki mümkünlüyü barədə son bəyanatını şərh edib. Antonovun sözlərinə görə, Amerika rəsmilərinin ritorikası getdikcə daha döyüşkən xarakter alır. "Vaşinqtondan bu cür açıqlamaları eşidən Kiyevdəki cinayətkarlar özlərini bir daha tam sərbəst və hər şeyə qadir hiss edəcəklər", - deyə səfir vurğulayıb. Diplomat, həmçinin, xəbərdarlıq edib ki, bu səbəbdən münaqişənin gərginləşməsi riskləri daha da artacaq. Bundan əvvəl ABŞ Prezidenti Co Bayden administrasiyasının Krıma zərbələr üçün Ukraynaya silah tədarükü barədə düşünməyə başladığı xəbər verilmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41153/37/411533728_0:0:2731:2048_1920x0_80_0_0_567e3d043c6b1c0c10c8992ec6c5775d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
anatoli antonov, abş, xarici işlər nazirliyi, co bayden
anatoli antonov, abş, xarici işlər nazirliyi, co bayden
Antonov: ABŞ Kiyevi Rusiyada terror aktları həyata keçirməyə sövq edir
Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bu barədə müvafiq bəyanatla çıxış edib.
BAKI, 19 yanvar — Sputnik. ABŞ Dövlət Departamenti Krımla bağlı açıqlamaları ilə əslində Ukrayna hakimiyyətini Rusiya ərazisində terror aktları törətməyə sövq edir.
TASS xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov müvafiq bəyanatla çıxış edib.
Diplomat, beləliklə, ABŞ Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ned Praysın Ukrayna Silahlı Qüvvələrinin Amerika silahlarından istifadə etməklə yarımadaya zərbə endirməsinin faktiki mümkünlüyü barədə son bəyanatını şərh edib.
Antonovun sözlərinə görə, Amerika rəsmilərinin ritorikası getdikcə daha döyüşkən xarakter alır.
"Vaşinqtondan bu cür açıqlamaları eşidən Kiyevdəki cinayətkarlar özlərini bir daha tam sərbəst və hər şeyə qadir hiss edəcəklər", - deyə səfir vurğulayıb.
Diplomat, həmçinin, xəbərdarlıq edib ki, bu səbəbdən münaqişənin gərginləşməsi riskləri daha da artacaq.
Bundan əvvəl ABŞ Prezidenti Co Bayden administrasiyasının Krıma zərbələr üçün Ukraynaya silah tədarükü barədə düşünməyə başladığı xəbər verilmişdi.