https://sputnik.az/20230118/putin-ana-veten-abidesi-onune-eklil-qoyub-450797446.html
Putin "Ana Vətən" abidəsi önünə əklil qoyub
Putin "Ana Vətən" abidəsi önünə əklil qoyub
Sputnik Azərbaycan
Rusiyanın dövlət başçısı çərşənbə günü Sankt-Peterburqda işləyir və blokadanın yarılmasının 80 illiyi münasibətilə keçirilən anım tədbirlərində iştirak edib. 18.01.2023, Sputnik Azərbaycan
2023-01-18T16:05+0400
2023-01-18T16:05+0400
2023-01-18T17:46+0400
putin
rusiya
leninqrad mühasirəsi
https://cdnn1.img.sputnik.az/img/07e7/01/12/450806091_0:0:2888:1625_1920x0_80_0_0_8cd989b7cd5851e0e550a6addb54761b.jpg
BAKI, 18 yanvar — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda Leninqrad blokadasının yarılmasının 80 illiyi münasibətilə "Ana Vətən" abidəsi önünə əklil qoyub. Abidənin önünə əklil qoyduqdan sonra prezident üzərində dövlət bayrağının rənglərində olan lentləri düzəldib və abidənin önündə başını əyib. Rusiya himni səsləndirildikdən sonra dövlət başçısı mühasirədə olan şəhərin həlak olan sakinlərinin xatirəsini ehtiramla yad edib. Abidəyə gedən yolda "Əbədi məşəl"dən başlayan 300 metrlik xiyabanda o, 1942-ci ilin qışında, mühasirəyə alınmış şəhərdə həlak olmuş azyaşlı qardaşı Viktorun dəfn olunduğu kütləvi məzarlıqlardan birinin önünə gül dəstəsi qoyub. Çərşənbə günü səhər isə Putin Leninqrad vilayətindəki "Rubejnıy daşı" abidəsinin önünə gül dəstəsi qoyub. Rusiya Prezidenti Vladimir Putin, həmçinin, Leninqradın Müdafiə və Mühasirə Dövlət Memorial Muzeyini ziyarət edib. "Leninqradın qəhrəmancasına müdafiəsi" sərgisinin açılması haqqında qərar 1943-cü ilin dekabrında verilib. Onun yerləşdirilməsi üçün Duz qəsəbəsində keçmiş Kənd Təsərrüfatı Muzeyinin binası seçilib. Ekspozisiyanın təntənəli açılışı 1944-cü il aprelin 30-da oluB. Ümumi sahəsi, təxminən, 40 min kvadratmetr olan 37 zalda, demək olar ki, 38 min eksponat - əsgər məktubu və yemək kartlarından tutmauş, ta ki, döyüş təyyarələrinə və tanklara qədər yerləşdirilib. Leninqrad mühasirəsinin yarılmasının 80 illiyi günü Rusiyanın dövlət başçısı veteranlarla görüşüb, onları bu tarix münasibətilə təbrik edib. O, müdafiəçilərin qəhrəmanlığını, mühasirəyə alınmış şəhər sakinlərinin şücaətini xatırladıb və əmin edib ki, bu, "ölkə xalqının yaddaşında əbədi qalacaq". Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsi haqqında biliklərin, o cümlədən mühasirədə olan Leninqradın müdafiəçilərinin şücaətini insanların yaddaşında əbədi saxlamaq üçün gələcək nəsillərə ötürülməsinə çağırıb. "Biz də öz növbəmizdə bu məlumatları, tariximizin bu səhifələrini gələcək nəsillərə ötürməliyik ki, onlar xalqın yaddaşında əbədi qalsın", - deyə Putin vurğulayıb. O, bugünkü tarixin Rusiyanın bütün sakinləri üçün böyük əhəmiyyət kəsb etdiyinə diqqət çəkib. "Təkcə leninqradlılar və şəhər üçün deyil. Və mühasirəyə alınmış Leninqradın qəhrəman müdafiəçiləri və sakinləri üçün də deyil, bütün ölkə üçün – bu, hadisədir. Böyük tarixi miqyasda olan hadisədir". – deyə prezident əminliklə bildirib. Xatırladaq ki, Leninqradın faşist Almaniyası tərəfindən blokadası 1941-ci il sentyabrın 8-dən 1944-cü il yanvarın 27-dək - 879 gün davam edib. 27 yanvar 1944-cü ildə Leninqrad blokadadan azad edilib: "Yanvar ildırımı" əməliyyatı zamanı Qırmızı ordunun güclü hücumundan sonra alman qoşunları şəhər sərhədlərindən 60-100 km geri çəkiliblər. 1941-ci il yanvarın 1-nə olan göstəricilərə görə Leninqradda üç milyondan bir az az adam yaşayırdı. Blokada illərində müxtəlif mənbələrə görə 1 milyona yaxın insan həlak olub. Onların yalnız 3%-i bombardman və top atəşindən, qalan 97%-i isə aclıqdan ölüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/12/450806091_157:0:2888:2048_1920x0_80_0_0_868762611df73b2c9c80e0c701a7910f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
putin, leninqrad mühasirəsi, видео
putin, leninqrad mühasirəsi, видео
Putin "Ana Vətən" abidəsi önünə əklil qoyub
16:05 18.01.2023 (Yenilənib: 17:46 18.01.2023) Rusiyanın dövlət başçısı çərşənbə günü Sankt-Peterburqda işləyir və blokadanın yarılmasının 80 illiyi münasibətilə keçirilən anım tədbirlərində iştirak edib.
BAKI, 18 yanvar — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda Leninqrad blokadasının yarılmasının 80 illiyi münasibətilə "Ana Vətən" abidəsi önünə əklil qoyub.
Abidənin önünə əklil qoyduqdan sonra prezident üzərində dövlət bayrağının rənglərində olan lentləri düzəldib və abidənin önündə başını əyib.
Rusiya himni səsləndirildikdən sonra dövlət başçısı mühasirədə olan şəhərin həlak olan sakinlərinin xatirəsini ehtiramla yad edib.
Abidəyə gedən yolda "Əbədi məşəl"dən başlayan 300 metrlik xiyabanda o, 1942-ci ilin qışında, mühasirəyə alınmış şəhərdə həlak olmuş azyaşlı qardaşı Viktorun dəfn olunduğu kütləvi məzarlıqlardan birinin önünə gül dəstəsi qoyub.
Çərşənbə günü səhər isə Putin Leninqrad vilayətindəki "Rubejnıy daşı" abidəsinin önünə gül dəstəsi qoyub.
Rusiya Prezidenti Vladimir Putin, həmçinin, Leninqradın Müdafiə və Mühasirə Dövlət Memorial Muzeyini ziyarət edib.
"Leninqradın qəhrəmancasına müdafiəsi" sərgisinin açılması haqqında qərar 1943-cü ilin dekabrında verilib. Onun yerləşdirilməsi üçün Duz qəsəbəsində keçmiş Kənd Təsərrüfatı Muzeyinin binası seçilib. Ekspozisiyanın təntənəli açılışı 1944-cü il aprelin 30-da oluB. Ümumi sahəsi, təxminən, 40 min kvadratmetr olan 37 zalda, demək olar ki, 38 min eksponat - əsgər məktubu və yemək kartlarından tutmauş, ta ki, döyüş təyyarələrinə və tanklara qədər yerləşdirilib.
Leninqrad mühasirəsinin yarılmasının 80 illiyi günü Rusiyanın dövlət başçısı veteranlarla görüşüb, onları bu tarix münasibətilə təbrik edib. O, müdafiəçilərin qəhrəmanlığını, mühasirəyə alınmış şəhər sakinlərinin şücaətini xatırladıb və əmin edib ki, bu, "ölkə xalqının yaddaşında əbədi qalacaq".
Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsi haqqında biliklərin, o cümlədən mühasirədə olan Leninqradın müdafiəçilərinin şücaətini insanların yaddaşında əbədi saxlamaq üçün gələcək nəsillərə ötürülməsinə çağırıb.
"Biz də öz növbəmizdə bu məlumatları, tariximizin bu səhifələrini gələcək nəsillərə ötürməliyik ki, onlar xalqın yaddaşında əbədi qalsın", - deyə Putin vurğulayıb.
O, bugünkü tarixin Rusiyanın bütün sakinləri üçün böyük əhəmiyyət kəsb etdiyinə diqqət çəkib. "Təkcə leninqradlılar və şəhər üçün deyil. Və mühasirəyə alınmış Leninqradın qəhrəman müdafiəçiləri və sakinləri üçün də deyil, bütün ölkə üçün – bu, hadisədir. Böyük tarixi miqyasda olan hadisədir". – deyə prezident əminliklə bildirib.
Xatırladaq ki, Leninqradın faşist Almaniyası tərəfindən blokadası 1941-ci il sentyabrın 8-dən 1944-cü il yanvarın 27-dək - 879 gün davam edib. 27 yanvar 1944-cü ildə Leninqrad blokadadan azad edilib: "Yanvar ildırımı" əməliyyatı zamanı Qırmızı ordunun güclü hücumundan sonra alman qoşunları şəhər sərhədlərindən 60-100 km geri çəkiliblər.
1941-ci il yanvarın 1-nə olan göstəricilərə görə Leninqradda üç milyondan bir az az adam yaşayırdı. Blokada illərində müxtəlif mənbələrə görə 1 milyona yaxın insan həlak olub. Onların yalnız 3%-i bombardman və top atəşindən, qalan 97%-i isə aclıqdan ölüb.