https://sputnik.az/20230118/mehkeme-marat-kasemle-bagli-qerar-verdi-450794798.html
Məhkəmə Marat Kasemlə bağlı qərar verdi
Məhkəmə Marat Kasemlə bağlı qərar verdi
Sputnik Azərbaycan
Vəkillərin verdiyi apellyasiya şikayətinə baxmayaraq, məhkəmə Marat Kasemi həbsxanada saxlayıb. 18.01.2023, Sputnik Azərbaycan
2023-01-18T15:43+0400
2023-01-18T15:43+0400
2023-01-18T15:43+0400
rusiya
sputnik
litva
jurnalist
https://cdnn1.img.sputnik.az/img/07e7/01/06/450400190_0:0:3037:1708_1920x0_80_0_0_e836217f67c38ae1114b9a32a7cbf3f5.jpg
BAKI, 18 yanvar — Sputnik. Məhkəmə Latviyada həbs edilən "Sputnik Litva"nın baş redaktoru Marat Kasemi həbsdə saxlayıb, apellyasiya şikayəti təmin edilməyib. Bu barədə "Sputnik Blijneye Zarubejye" xəbər verir. "Məhkəmə Marat Kasemi həbsxanada saxlayıb. Vəkillərin verdiyi apellyasiya şikayəti təmin edilməyib, əvvəlki həbs-qətimkan tədbiri qüvvədə saxlanıb", - agentliyin "Telegram" kanalı məlumat yayıb. Həmçinin qeyd edilir ki, Marat Kasemin müdafiəsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə şikayət ediləcək. Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl bildirmişdi ki, Kasemin Latviyada saxlanması onun prinsiplərə sadiqliyinə görə diktatura rejimlərinin qisasıdır və müxalif fikirlərə qarşı terrordur. Rusiya Ombudsmanı Tatyana Moskalkova "Sputnik Litva"nın baş redaktorunun saxlanmasını söz azadlığına qəsd adlandırıb və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına müraciət edib. Rusiya Jurnalistlər Birliyinin rəhbəri Vladimir Solovyov vəziyyəti şərh edərkən RİA Novosti-yə bildirib ki, RJB bunu ən ciddi pozuntulardan biri hesab edir və baş verənlər barədə bütün beynəlxalq jurnalist hüquq müdafiə təşkilatlarına məlumat göndərəcək. "Rossiya Seqodnya" media qrupunun baş direktoru Dmitri Kiselyov Kasemin saxlanması ilə bağlı danışarkən qeyd edib ki, media qrupu beynəlxalq ictimaiyyəti Kasemi azad etmək üçün mümkün olan hər şeyi etməyə çağıracaq. Kiselyov həbsin özünü qeyri-qanuni adlandırıb və onun sözlərinə görə, həbs Avropa qanunsuzluğu şəraitində baş verir, o zaman ki, insan peşəkar jurnalist fəaliyyəti ilə məşğul olduğuna, ifadə etdiyi fikrinə, mövqeyinə, məlumatına görə həbs oluna bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/06/450400190_0:0:2731:2048_1920x0_80_0_0_b9d9f20cca5a003dd1bb95bd856865dc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sputnik, litva, jurnalist
sputnik, litva, jurnalist
Məhkəmə Marat Kasemlə bağlı qərar verdi
Vəkillərin verdiyi apellyasiya şikayətinə baxmayaraq, məhkəmə Marat Kasemi həbsxanada saxlayıb.
BAKI, 18 yanvar — Sputnik. Məhkəmə Latviyada həbs edilən "Sputnik Litva"nın baş redaktoru Marat Kasemi həbsdə saxlayıb, apellyasiya şikayəti təmin edilməyib. Bu barədə "Sputnik Blijneye Zarubejye" xəbər verir.
"Məhkəmə Marat Kasemi həbsxanada saxlayıb. Vəkillərin verdiyi apellyasiya şikayəti təmin edilməyib, əvvəlki həbs-qətimkan tədbiri qüvvədə saxlanıb", - agentliyin "Telegram" kanalı məlumat yayıb.
Həmçinin qeyd edilir ki, Marat Kasemin müdafiəsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə şikayət ediləcək.
"Müdafiə tərəfinin növbəti addımı Avropa İnsan Haqları Məhkəməsinə şikayət verməkdir", - məlumatda deyilir.
Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl bildirmişdi ki, Kasemin Latviyada saxlanması onun prinsiplərə sadiqliyinə görə diktatura rejimlərinin qisasıdır və müxalif fikirlərə qarşı terrordur. Rusiya Ombudsmanı Tatyana Moskalkova "Sputnik Litva"nın baş redaktorunun saxlanmasını söz azadlığına qəsd adlandırıb və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına müraciət edib. Rusiya Jurnalistlər Birliyinin rəhbəri Vladimir Solovyov vəziyyəti şərh edərkən RİA Novosti-yə bildirib ki, RJB bunu ən ciddi pozuntulardan biri hesab edir və baş verənlər barədə bütün beynəlxalq jurnalist hüquq müdafiə təşkilatlarına məlumat göndərəcək.
"Rossiya Seqodnya" media qrupunun baş direktoru Dmitri Kiselyov Kasemin saxlanması ilə bağlı danışarkən qeyd edib ki, media qrupu beynəlxalq ictimaiyyəti Kasemi azad etmək üçün mümkün olan hər şeyi etməyə çağıracaq. Kiselyov həbsin özünü qeyri-qanuni adlandırıb və onun sözlərinə görə, həbs Avropa qanunsuzluğu şəraitində baş verir, o zaman ki, insan peşəkar jurnalist fəaliyyəti ilə məşğul olduğuna, ifadə etdiyi fikrinə, mövqeyinə, məlumatına görə həbs oluna bilər.