Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov: Ərəb ölkələrindən heç biri Rusiyaya qarşı sanksiyalara qoşulmayıb

© Sputnik / Press service of the Ministry of Foreign Affairs of the Russian FederationRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 18.01.2023
Abunə olmaq
Bildirilib ki, Avropa İttifaqı İranda etirazların yatırılması və Rusiyaya hərbi yardım göstərilməsi üzündən İrana qarşı sanksiyalar siyahısını genişləndirmək niyyətindədir.
BAKI, 18 yanvar — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov ərəb ölkələrinin Rusiyaya qarşı sanksiyalara qoşulmadığını bildirib. Rusiya mediası xəbər verir ki, Lavrov bu barədə 2022-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.
Onun fikrincə, "Qərbin təzyiqlərinə baxmayaraq" bu, baş verməyib.
Bu yaxınlarda bildirilib ki, Avropa İttifaqı İranda etirazların yatırılması və Rusiyaya hərbi yardım göstərilməsi üzündən İrana qarşı sanksiyalar siyahısını genişləndirmək niyyətindədir.
Həmçinin Rusiya Federasiyası Federal Gömrük Xidməti rəhbərinin müavini Vladimir İvin 2022-ci ildə Rusiya ilə İran arasında ticarət dövriyyəsinin 4 milyard dolları ötdüyünü də bildirib.
Onun sözlərinə görə, ixrac 27%, idxal isə 10% artıb. İvin qeyd edib ki, ticarət dövriyyəsinin artımının əsas səbəbi Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardır.
Avropa İttifaqı İrandan olan iki fiziki və iki hüquqi şəxsi Rusiyaya pilotsuz təyyarələrin təhvil verilməsində şübhəli bilərək qara siyahıya salıb.
Qeyd olunur ki, Aİ Şurası məhdudiyyətlərin tətbiq edilməli olduğu şəxslərin siyahısına "pilotsuz təyyarələrin hazırlanmasında və tədarükündə iştirak edən" iki fiziki və iki hüquqi şəxsin əlavə edilməsini zəruri hesab edir.
Xəbər lenti
0