https://sputnik.az/20230118/lacin-dehlizi-ile-bagli-mesele-yaxin-vaxtlarda-oz-hellini-tapacaq---lavrov-450796626.html
Laçın dəhlizi ilə bağlı məsələ yaxın vaxtlarda öz həllini tapacaq - Lavrov
Laçın dəhlizi ilə bağlı məsələ yaxın vaxtlarda öz həllini tapacaq - Lavrov
Sputnik Azərbaycan
Lavrov Ermənistan və Qarabağı birləşdirən Laçın dəhlizi ilə nəqliyyatın hərəkəti məsələsinin yaxın vaxtlarda həll olunacağını gözləyir. 18.01.2023, Sputnik Azərbaycan
2023-01-18T15:53+0400
2023-01-18T15:53+0400
2023-01-18T15:53+0400
rusiya
rusiya xin rəhbəri sergey lavrov
qarabağ
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/0d/449568951_0:172:3030:1876_1920x0_80_0_0_ccdbb51b54c45f5ddd8902c017b704fa.jpg
BAKI, 18 yanvar — Sputnik. Avropa İttifaqının Azərbaycan-Ermənistan sərhədindəki missiyası Bakının razılığı olmadan səmərəsiz ola bilər. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya diplomatiyasının 2022-ci ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında bildirib. Nazirin sözlərinə görə, bu missiya sərhəddə inam yaratmaq əvəzinə əlavə gərginliklər yarada bilər. Laçın dəhlizi Lavrov Ermənistan və Qarabağı birləşdirən Laçın dəhlizi ilə nəqliyyatın hərəkəti məsələsinin yaxın vaxtlarda həll olunacağını gözləyir. Onun sözlərinə görə, bu günlərdə Rusiya kontingentinin komandirinin iştirakı ilə Azərbaycan nümayəndələri ilə "Qarabağ nümayəndələri" arasında görüşlər olub:O qeyd edib ki, əvvəllər əldə edilmiş üçtərəfli razılaşmalara əsasən, Laçın dəhlizi yüklərin, vətəndaşların və nəqliyyat vasitələrinin hərəkəti üçün sərbəst olmalıdır, lakin bu marşrutla hərbi yüklərin daşınması qadağandır. "Azərbaycan tərəfi məlumat verdi ki, Ermənistan tərəfi bu dəhliz boyu minalar çatdırıb, sonra bu minalar üçtərəfli razılaşmaları pozaraq, Azərbaycan mövqelərinə yaxın əraziləri minalamaq üçün istifadə olunub və s. İndi bizim hərbçilərimiz bunu öyrənir. Xeyli qarşılıqlı ittihamlar var", - nazir əlavə edib. O vurğulayıb ki, Rusiyanın təkliflərinə, üçtərəfli sazişlərə uyğun olaraq müvafiq səlahiyyətlərə malik olan Rusiya kontingenti Laçın dəhlizi ilə hərəkətə nəzarət edə və orada qadağan olunmuş malların olub-olmadığını yoxlaya bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/0d/449568951_151:0:2880:2047_1920x0_80_0_0_90408b31d4460801a2a2b056ed51e5fa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya xin rəhbəri sergey lavrov, qarabağ
rusiya xin rəhbəri sergey lavrov, qarabağ
Laçın dəhlizi ilə bağlı məsələ yaxın vaxtlarda öz həllini tapacaq - Lavrov
Lavrov Ermənistan və Qarabağı birləşdirən Laçın dəhlizi ilə nəqliyyatın hərəkəti məsələsinin yaxın vaxtlarda həll olunacağını gözləyir.
BAKI, 18 yanvar — Sputnik. Avropa İttifaqının Azərbaycan-Ermənistan sərhədindəki missiyası Bakının razılığı olmadan səmərəsiz ola bilər. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya diplomatiyasının 2022-ci ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında bildirib.
"Bizim müttəfiq olmağımıza, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasının tam hazır olmasına baxmayaraq, Ermənistan tərəfi uzunmüddətli əsasda mülki müşahidəçilər missiyasının orada yerləşməsi üçün Aİ ilə danışıqlara üstünlük verir. Bu, Azərbaycanla sərhəddir və yəqin ki, bu missiya Azərbaycanın razılığı olmadan baş tutsa, bu, sadəcə olaraq qeyri-məhsuldar ola bilər", - deyə Lavrov bildirib.
Nazirin sözlərinə görə, bu missiya sərhəddə inam yaratmaq əvəzinə əlavə gərginliklər yarada bilər.
Lavrov Ermənistan və Qarabağı birləşdirən Laçın dəhlizi ilə nəqliyyatın hərəkəti məsələsinin yaxın vaxtlarda həll olunacağını gözləyir.
Onun sözlərinə görə, bu günlərdə Rusiya kontingentinin komandirinin iştirakı ilə Azərbaycan nümayəndələri ilə "Qarabağ nümayəndələri" arasında görüşlər olub:
"Düşünürəm ki, yaxın vaxtlarda məsələ öz həllini tapacaq", - nazir bildirib.
O qeyd edib ki, əvvəllər əldə edilmiş üçtərəfli razılaşmalara əsasən, Laçın dəhlizi yüklərin, vətəndaşların və nəqliyyat vasitələrinin hərəkəti üçün sərbəst olmalıdır, lakin bu marşrutla hərbi yüklərin daşınması qadağandır.
"Azərbaycan tərəfi məlumat verdi ki, Ermənistan tərəfi bu dəhliz boyu minalar çatdırıb, sonra bu minalar üçtərəfli razılaşmaları pozaraq, Azərbaycan mövqelərinə yaxın əraziləri minalamaq üçün istifadə olunub və s. İndi bizim hərbçilərimiz bunu öyrənir. Xeyli qarşılıqlı ittihamlar var", - nazir əlavə edib.
O vurğulayıb ki, Rusiyanın təkliflərinə, üçtərəfli sazişlərə uyğun olaraq müvafiq səlahiyyətlərə malik olan Rusiya kontingenti Laçın dəhlizi ilə hərəkətə nəzarət edə və orada qadağan olunmuş malların olub-olmadığını yoxlaya bilər.