https://sputnik.az/20230118/ermenilerin-qazi-kesilib-450780749.html
Ermənilərin qazı kəsilib
Ermənilərin qazı kəsilib
Sputnik Azərbaycan
Ermənistan KİV-i məlumat yayıb ki, Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə qazın ötürülməsi dayanıb. 18.01.2023, Sputnik Azərbaycan
2023-01-18T12:35+0400
2023-01-18T12:35+0400
2023-01-18T13:08+0400
qaz
qarabağ
erməni
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1e/445502296_0:160:3072:1888_1920x0_80_0_0_ad0375628cdad94d252c127ca211a085.jpg
BAKI, 18 yanvar — Sputnik. Ermənistandan Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə gedən kəmərlə qazın nəqli yenidən dayanıb. Bu barədə Ermənistan KİV-i məlumat yayıb. Qaz təchizatı operatoru xəbər verir ki, hazırda kəmərlərdə mövcud olan qazdan istifadə olunur. Bildirilib ki, bir gün əvvəl qazın verilişində fasilə yaransa da, axşama yaxın veriliş bərpa olunub. Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 38 gündür davam edir. Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1e/445502296_171:0:2902:2048_1920x0_80_0_0_bc4a8dcf2d1208ef85b23d74ada0d5c7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qaz, erməni
Ermənilərin qazı kəsilib
12:35 18.01.2023 (Yenilənib: 13:08 18.01.2023) Ermənistan KİV-i məlumat yayıb ki, Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə qazın ötürülməsi dayanıb.
BAKI, 18 yanvar — Sputnik. Ermənistandan Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə gedən kəmərlə qazın nəqli yenidən dayanıb. Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Qaz təchizatı operatoru xəbər verir ki, hazırda kəmərlərdə mövcud olan qazdan istifadə olunur.
Bildirilib ki, bir gün əvvəl qazın verilişində fasilə yaransa da, axşama yaxın veriliş bərpa olunub.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 38 gündür davam edir.
Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.